Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

10.12.2014

“Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anim mərasimi keçirildi”

“8.12.2014 –cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anim günü münasibəti ilə ümumi yığıncaq keçirilmişdir. İclasın əvvəlində tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin xatirəsini yad etmişlər. İclası giriş sözü ilə açan AMEA- nın Əlyazmalar İnstitutunun direktor müavini,filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli həyatını fədakarcasına millətinə həsr etmiş Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışdı, bu şəxsiyyətin əməllərinin əbədi olaraq yaşayacağını söylədi. İnstitutun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Heydər Əliyevin Azərbaycan elmi, Milli Elmlər Akademiyası, o cümlədən Əlyazmalar İnstitutunun inkişafı üçün böyük işlər gördüyünü xüsusi olaraq qeyd etdi. Bildirdi ki, sovetlər dönəmində Əlyazmalar Fondunun institut statusu alması, müəssisəyə şəhərin mərkəzində tarixi bir binada yer verilməsi birbaşa Ulu Öndərin xidmətidir. Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova Heydər Əliyev haqqında unudulmaz xatirələrini söylədi,onun fenomenal bir şəxsiyyət, sadə və mehriban insan, müdrik rəhbər kimi bir daha yad etdi. AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu vətənpərvər şəxsiyyətin Azərbaycan dilinin tərəqqisi istiqamətində apardığı yeniliklərdən söz açdı. Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov Heydər Əliyevin həyatının bütün sahələrində dövlət idarəçiliyi,ordu quruculuğu, iqtisadiyyat və s. sahələrdə müdrik,yorulmaz bir rəhbər olduğunu xatırlatdı.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.