Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

30.12.2014

Böyük Mustafa Kamal Atatürkün 1932-ci ildə yaratdığı və iclaslarına daim qatıldığı Türk Tarix Qurumunun 17-ci konqresi 2014-ci ilin 15-18 sentyabrında Türkiyənin paytaxt şəhəri olan Ankarada keçirildi. Qurultay barədə 2013-cü ilin sonlarında məlumat yayılmış, 1000-dən artıq tarixçi, arxeoloq və dilçi-alimin göndərdiyi materialdan yalnız 274 nəfərinin məruzəsi bəyənilərək qəbul edilmiş, proqrama daxil edilərək müəllifləri dəvət olunmuşdular. Konqresin işinə Misir, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Leyden, Özbəkistan, Makedoniya, Macarıstan, Ruminiya, Berlin, Bosniya-Herseqovina, Rusiya EA-sı və Kazandan tarixçi alimlər qatılmışdılar. Azərbaycandan 28 nəfər, o cümlədən 3 alim AMEA-nın Naxçıvan filialının, 2 nəfər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Tarix İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya, Dilçilik İnstitutu, Bakı Salvyan Universiteti və ADPU-nun əməkdaşları iştirak edirdi. Konqresin açılışı 15 sentyabrda Ankara Ticarət Odası Conqresi Mərkəzinin “Anqora”salonunda oldu. XVII Türk Tarix Konqresi Hazırlıq Komitəsinin başkanı Mehmet Ali Beyhan Qurultayı açıq elan etdi. Türkiyənin Dövlət Himni səsləndikdən sonra Prezident Recep Tayyib Erdoğanın Qurultay iştirakçılarına təbrik məktubu oxundu. Sonra “Mustafa Kamal Atatürk Türk Tarix Qurumunun banisi” filmi nümayiş etdirildi və Türkiyə Dövlət Xorunun çıxışı dinlənildi. Saat 14:00-da Türk Tarix Qurumunun XVII Qurultayı öz işini davam etdirdi. Üç gün ərzində səkkiz salon və 24 seksiyada 247 məruzə dinlənildi. Qurultayın ikinci günü sentyabrın 16-da saat 11:20-də proqrama uyğun olaraq Azərbaycandan olan millət vəkili Musa Qasımlı, AMEA Tarix İnstitutunun şöbə müdiri prof.T.Mustafazadə, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun baş elmi işçisi tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və başqaları Buxarest Fateh Universitetinin professoru Mixail Maksimin (Mixai Maxim) sədrlik etdiyi iclasda “Osmanlı Devleti ile Kacarların Diplomatik ilişgileri (XIX yüzyıl)” mövzusunda (Osmanlı dövlətinin Azərbaycanlı diplomatları) çıxışı ekranda göstərilən azərbaycanlı diplomatların şəkilləri ilə diqqəti cəlb etdi. T.Həsənzadə həm çıxışa, həm də digər bölmədə iclas sədri olduğuna görə iki şəhadətnamə ilə mükafatlandırıldı. Çıxışlar “Osmanlı tarixi” bölümündə oldu. 16 sentyabrda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun digər əməkdaşı, aparıcı elmi işçi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə də Yaponiyanın Soka Universitetinin professoru Hayaşhi Toshionun sədrlik etdiyi iclasda “Türk-islam Sanat tarihinde Yazma Eserler ve Nefis Tertibatlı, Nadide Bakü Elyazmaları” mövzusunda məruzə etdi və ekranda qədim əlyazmaların slaytı nümayiş etdirildi. Bu çıxış da maraqla qarşılandı. S.Nemətzadə “Orta Asiya və Kavkasya Tarihi” bölümündəki çıxışından sonra saat 16:00-da həmin salonun iclas sədri vəzifəsini peşəkarcasına yerinə yetirdi, həm çıxışına, həm də bu vəzifəyə görə Qurultayın şəhadətnaməsi ilə mükafatlandırıldı. Qurultayın son günü, yəni sentyabr ayının 17-si saat 10:00-da yenə “Anqora” salonunda davam etdi və saat 17:00-də üç gün davam etmiş Qurultayın bağlanış mərasimi oldu. Komitə başkanı Mehmet Ali Beyhan, Başbakan yardımçısı prof.dr. Numan Kurtulmuş Qurultayın işində iştirak edən alimləri salamlayaraq, dəyərli məruzələrə görə təşəkkürlərini bildirdilər. Sonra Ankara şəhərini avtobuslarla seyr edən qurultay iştirakçılarının şərəfinə ziyafət təşkil olundu.

yüklə

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.