Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

30.12.2014

Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Ələsgər qızı Nemətzadənin Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrantı çərçivəsində Türkiyə Respublikasının İstanbul şəhərindəki Mərmərə Universitetində “İslam sənət tarixində əlyazmaların bədii tərtibat xüsusiyyətləri” mövzusundakı qısamüddətli elmi təcrübəkeçmə layihəsinin həyata keçirilməsi haqqında
Grant № EİF-Mob-5-2014-2(17)-14/09/5

Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrantının (Grant № EİF-Mob-5-2014-2(17)-14/09/5) maddi dəstəyi ilə həyata keçirilən “İslam sənət tarixində əlyazmaların bədii tərtibat xüsusiyyətləri” mövzusundakı qısamüddətli təcrübəkeçmə Türkiyə Respublikasının İstanbul şəhərindəki Mərmərə Universiteti İlahiyyat fakültəsi, İslam tarixi və sənətləri (Türk-İslam sənət tarixi) bölümündə 21 oktyabr-20 noyabr 2004-cü il tarixləri arasında baş tutmuşdur. Təcrübəkeçmənin etapları işin daha səmərəli və müsbət nəticəli ola bilməsi üçün bir-neçə elmi qurumun sıx və qarşılıqlı əməkdaşlığı ilə həyata keçirilmişdir. Trening, brifing, kurs və dərs xarakteri daşıyan təcrübəkeçmə yuxarıda adı çəkilən qurumun İlahiyyat fakültəsiylə yanaşı, Gözəl Sənətlər fakültəsi, İslam Araşdırmaları Mərkəzi (İSAM), Memar Sinan Universiteti Ədəbiyyat fakültəsi sənət tarixi bölümü, Gözəl Sənətlər fakültəsi Gələnəksəl Türk sənətləri bölümü, Kubbealtı Akademisi Kültür Ve Sanat Vakfı kimi elm və sənət ocağlarında olmuşdur. Mərmərə Universiteti İlahiyyat fakültəsinin, İslam Araşdırmaları Mərkəzinin və dərs keçən professor-müəllim heyətinin şəxşi əlyazma kolleksiyaları elmi təcrübəkeçmənin daha effektli, səmərəli və məhsuldar olmasına şərait yaratmışdı. Təçrübəkeçmə zamanı əlyazmalarla bağlı İslam sənətləri sahəsindəki nəinki Türkiyədə, hətta dünyada tanınmış elm və sənət adamlarının bilik və təcrübələrindən bəhrələnmək imkanına nail olmuşam. Qeyd etmək istəyirəm ki, bu insanların hər biri tərəfindən layihə və belə bir layıhəyə dövlətimizin Elmin İnkişafı Fondu vasitəsiylə verdiyi dəstək böyük rəğbətlə qarşılanmışdır. Bu sahədə elmi və təcrübi əməkdaşlığımızın gələcəkdə də diqqət mərkəzində olmasını arzu etdiklərini bildirmişlər. Layihənin yerinə yetirilməsində iştirak edən, zaman və əmək sərf edən, daha doğrusu təcrübəkeçmə müddətində bilik və təcrübələrindən faydalanılan elm və sənət insanlarının adlarını qeyd etmək vacibdir. Prof.Dr.Murittin Serin (İSAM), Prof.Dr.Çiçek Derman, Prof.Uğur Derman, Prof.Dr.Faruk Taşkale, Prof.Dr.Banu Mahir, Prof.Dr.Tanju Seyhan, Prof.Dr.Ahmet Sacit Açıkgözlü, Doç.Dr.Aziz Doğanay, Yrd.Doç.Dr.Gülnur Duran, Gürcan Mavili, Səadət Qazi, Hikmet Barutcugil, Efdalüddin Kılıc. Layihə çərçivəsində Səbinə Nemətzadə İslam Araşdırmaları Mərkəzində (İSAM) Prof.Dr.Muhittin Serindən İslam xətt sənəti, xətt sənətinin tarixi inkişafı, xətt növləri, İSAM kitabxanasının zəngin əlyazma kolleksiyaları bazasında əsərlərdə xətlərin, aid olduğu dövrün və s. təsbiti kimi mövzularda təcrübə keçmişdir. Qeyd etmək lazimdir ki, professor M.Serin “Hat sanatı ve meşhur hattatlar” kitabı başda olmaqla, İslam xətt sənəti və tarixiylə bağlı tədqiqatların və dəyərli əsərlərin müəllifidir. Səbinə Nemətzadə İslamda Təzhib sənəti mövzusunda Prof.Dr.Fatma Çiçek Dermandan dərs almışdır. Çiçək xanım İslam sənət tarixçisi olmaqla yanaşı məşhur xanım-müzəhhib Rikkat Kunt xanımın tələbəsi olmuşdur. Çiçək xanım Derman Türk təzhib-miniatür sənətçisidir. Və 2012-ci ildə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Kültür ve Sanat Büyük Ödülü”nə layiq görülmüşdür. O, İslam mədəniyyətində Minyatür sənəti mövzusunda Prof.Dr.Fatma Banu Mahir, Cild sənəti ve əbru mövzusunda Prof.Uğur Dermandan dərs almışdir. Cild tətbiqi üzrə Gürcan Mavilinin, əbru tətbiqindən Hikmət Barutçugilin, təzhib tətbiqindən Gülnur Duranın kurslarına qatılmışdir. Təcrübəkeçmə, layihədə qarşıya qoyulan plan və mərhələlərə əsasən həyata keçirilmişdir. Lakin bununla yanaşı fürşətdən və qarşıya çıxan imkandan istifadə edərək əlyazmaların restovrasiya və konservasiyasıyla bağlı İtaliyada təcrübə keçmiş Memar Sinan Universiteti Gözəl Sənətlər fakültəsinin ənənəvi türk sənətləri bölümünün müəllimi Səadət Qazinin apardığı kurslara da qatılmışdir. Bu kurslarda yerli mütəxəssislərlə yanaşı Almaniya, Orta Asiya və digər ölkələrdən olan təcrübəkeçənlər də iştirak edirdilər. Təcrübəkeçmə zamanı Səbinə Nemətzadə Yazma Əsərlər Qurumunda, Nadir əlyazmalar bölümündə olmuş, bir çox sərgilərə, o cümlədən Sabancı Muzeyində keçirilən 21-ci Sakıp Sabancı Ödül törəninə dəvət almışdır. Dəvət aldığı tədbirlərdə dövlətimizi, elmimizi layiqincə təmsil və təbliğ etmiş, elmi mühitlə yaxından tanış olmuş, onlarla qarşılıqlı elmi əməkdaşlıq qurmaq imkanlarına nail olmuşdur.

yüklə

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.