Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

30.12.2014

Yeni, 2015-ci il ərəfəsində dekabr ayının 26-da Xalq Bankın Bakıda yerləşən baş ofisində bankın “Xalq əmanəti” adlanan xeyriyyə xarakterli sosial-mədəni layihəsinin səyləri ilə ərsəyə gəlmiş, xalq şairi, istiqlal nəğməkarı Xəlil Rza Ulutürkün seçilmiş əsərlərindən ibarət “Xəlil Rza Ulutürk” adlı bir cildlik poetik toplunun təntənəli təqdimat mərasimi keçirildi. Qeyd etmək lazımdır ki, bu kitab “Xalq əmanəti” layihəsi tərəfindən qısa müddət ərzində işıq üzü görmüş 4-cü poetik toplu, ümumilikdə isə 11-ci nəşrdir. Nəfis bədii tərtibatı, xoş ab-havası ilə seçilən bu tədbirdə elmi-yaradıcı ziyalılarımızın öncül nümayəndələri iştirak edirdi. Onların sırasında AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, H.Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı, Əlyazmalar İnstitutunun mətbuat xidmətinin rəhbəri Sərvan Kərimli də var idi. Əlyazmalar İnstitutunun bu tədbirə göstərdiyi böyük maraq anlaşılandır. Çünki təqdim olunan bu sanballı poetik toplunun tərtibçisi və redaktoru İnstitutun böyük elmi işçisi Yusif Günaydın, ön sözün müəllifi akademik Teymur Kərimlidir. Tədbirdə AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, akademik Teymur Kərimli, professor Əlizadə Əsgərli, şairin qələm dostlarından Xalq şairi Zəlimxan Yaqub və Əməkdar incəsənət xadimi Vahid Əziz, habelə, kitabın tərtibçisi Yusif Günaydın çıxış etdilər. Şairin ömür-gün yoldaşı Firəngiz Ulutürk tədbirin sonunda yekun sözü söylədi, kitabın işıq üzü görməsində zəhməti olanlara, dəvəti qəbul edib tədbirə gələnlərə öz minnətdarlığını bildirdi. Qeyd etmək lazımdır ki, “Xalq əmanəti” layihəsi xeyriyyə xarakterlidir, belə ki, onun məhsulları satışa çıxarılmır, kitabxanalara, elmi tədqiqat müəssisələrinə təmənnasız hədiyyə edilir.

yüklə

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.