Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

16.01.2015

“20 Yanvar –Ümumxalq hüzn günü” ilə əlaqədar Əlyazmalar İnstitutunda mərasim keçirildi. Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasimi giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini,fil.ü.e.d. Paşa Kərimov 1990-cı il 20 yanvar gününün xalqımızın öz azadlıgı uğrunda çarpışanların tarixi olduğunu söylədi. Bildirdi ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlardan silinməz bir iz buraxmışlar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdi ki,erməni hiyləgərliyi, xəyanəti xalqımıza bir bəladır. Onların şovinist təbliğat maşını hər gün fəaliyyətdədir. Biz, elm adamları, ziyalılar xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə hər an çatdırmalıyıq. Terrorla törədilən 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin, bu, xalqın qan yaddaşında bir mübarizə günüdür.
İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli çıxış edərək 20 yanvar faciəsinin dünyaya çatdırılmasında o zamanlar Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz rolundan danışdı. Qeyd etdi ki, Heydər Əliyev çəsarət nümayiş etdirərək Moskvada Azərbaycan nümayəndiliyində sovet rejiminin qanlı cinayətlərinin, 20 Yanvar faciəsinin əsl səbəbkarlarının kim olduğunu bütün dünyaya bəyan etdi. Ulu Öndər Naxçıvanda işlədiyi zamanda da 20 Yanvar faciəsi ildönümünün ümumxalq hüzn günü kimi qeyd olunmasının və ona siyasi-hüquqi qiymət verilməsinin əsas təşəbbüskarı oldu və onun hakimiyyəti dövründə bu məsələ özünün müsbət həllini tapdı.
Elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov 1990-cı illərdə özünün uşaq vaxtlarını xatırladı, “miflər və həqiqətlər” mövzusunda çıxış etdi və bu günün gəncliyi adından 20 Yanvar faciəsini heç bir zaman unutmayacaqlarını bildirdi. Əlyazmalar İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü,fil.ü.e.d. professor Möhsün Nağısoylu 20 Yanvar hadisələrinə dair xatirələrini söylədi.
Sonda İnstitutun əmədaşları 20 Yanvar hadisələrinə həsr edilmiş sənədli filmə baxdılar.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.