Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

22.01.2015

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdnində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının ( The İslamic Manuscript Assosation) üzvü seçilib.
İslam Əlyazmaları Assosiasiyası İslam Əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış Beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilat Böyük Britaniyanın Kembric şəhərinin mərkəzində yerləşir. Bu təşkilat bütün dünyada İslam Əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlarda istifadə imkanlarının tam olmaması ehtiyacından yaranmışdır. İslam Əlyazmalar Assosiasiyası:
• İslam Əlyazmalar kolleksiyalarındandaha çox istifadə imkanlarının artırılması və gələcək nəsillər üçün qorunub ötürülməsi məqsədilə onların kataloqlaşdırılması, bərpası, elektronlaşdırılması, akademik nəşrlərinin hazırlanması üçün standartları və qaydaları işləyib hazırlayır.
• İslam Əlyazmalar kolleksiyalarının qorunması və idarə olunması istiqamətində ən yüksək etik və peşəkar standartları təbliğ edir.
• İslam Əlyazmalar kolleksiyalarının qorunması və idarə olunması ilə bağlı İslam əlyazmaları üzrə (əsasən kodikologiya və fənlər) təqaüdlər ayırır.
• Kembric Universitetində keçirilən illik konfransda İslam əlyazmalar kolleksiyasının idarə olunması və saxlanılması il bağlı təqaüdlərin təqdim olunması üçün platforma təşkil edir.
• Əlyazmalar və onların qorunub saxlanması ilə bağlı geniş online resurslarla təmin edir.
• İslam Əlyazmaları üzrə təqaüdlər və İslam Əlyazmaları kolleksiyalarının qorunması məqsədilə qrantlar təqdim edir.
• Kembric Universitetinin kitabxanası ilə birgə əlyazmların kataloqlaşdırılması, konservasiyası, elektronlaşdırılması və nəşri üzrə müntəzəm treninqlər, eləcə də İslam kodikologiyası fənni üzrə illik seminarlar təşkil edir.
• İslam əlyazmaları ilə elmi və professional şəkildə məşğul olan fərdi şəxslər , İslam əlyazmaları kolleksiyaları ilə məşğul olan təşkilatlar arasında əlaqələri genişləndirir.
İslam Əlyazmaları Assosiasiyasının üzvləri İslam Əlyazmalar Kolleksiyaları qorunub saxlanan kitabxanalar və muzeylər, eləcə də İslam Əlyazmaları ilə elmi və peşəkar şəkildə məşğul olan şəxslərdir. Dünyanın 25 ölkəsindən(Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan,Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü vardır. Üzvlərin səs vermə hüququ, qrantlar təqdim etmək, eləcə də treninqlərdə və konfranslarda iştirak etmək hüququ vardır.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu imkandan yayarlanaraq yeni layihələrə və əməkdaşlıqlara ümid edir. Bu hadisə Azərbaycan elmini və Tarixini dünyada tanıtmaq üçün İnstitut qarşısında yeni qapılar açır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.