Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

06.02.2015

Bu yaxınlarda Əlyazmalar İnstitutunun direktoru, akademik T.Kərimli, prof. A.İskəndərli və R.Əhmədova AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, Qafqaz Müsəlmanları İdarəsinin və Zaqatala Diyarşünaslıq Muzeyinin əmək¬daşları ilə birlikdə Türkiyəyə səfər etmişlər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Yazma Əsərlər Qurumu Başqanlığını, Süleymaniyyə Kitabxanasını və Osmanlı arxivini ziyarət edib, orada görülən işlərlə tanış olmuşlar.
Süleymaniyyə Kitabxanasında yerli mütəxəssislərin hazırladığı siyirməli kitab rəfləri vasitəsi ilə demək olar ki, bütün təhlükəsizlik tədbirləri görülmüşdür.
Yazma Əsərlər Qurumunun nəzdində Kitab Şəfaxanası yaradılıb. Əsərlərin təmizlənməsi, cildinin bərpası və bu kimi işlər burada aparılır. Osmanlı arxivini ziyarət edən nümayəndə heyətimizə arxivin müdir müavini, professor Mustafa Budak 96 milyondan çox arxiv materialının burada qorunduğu haqqında məlumat vermişdir. Bu materiallarının rəqəmsallaşdırılması davam edir. İndiyə qədər çəkilən sənəd fotolarının sayı 10 milyonu ötmüşdür. Burada aparılan bərpa işləri ən muasir avadanlıqlar vasitəsilə davam etdirilir.
Konya Bölgə Yazma Əsərlər Kitabxanasının müdiri Bəkir Şahin kitabxana haqqında və görülən işlər barədə məlumat vermişdir. Çəkilişlərin aparıldığı yeri, xəzinəni və bərpa şöbəsini tanıdan Bəkir bəy, digər bölgələrdən kitabxanaya gətirilib bərpa olunmuş əlyazmalarla da nümayəndə heyətimizi tanış etmişdir.
Patalogiya şöbəsində vərəqlərin yuyulması, təmizlənməsi və bərpası, xəzinələrdə olan cücülər, mikro orqanizmlər, göbələklər və bu kimi zərərvericilər haqqında laboratoriyanın kimyagərləri seminar keçirmişlər.
Qrup nümayəndələri burada kağızın təmizliyi, bərpası, kağızlarda meydana gələn xəstəliklər, o cümlədən cildləmə barəsində təcrübə mübadiləsi aparmışlar.
Sertifikat mərasimində çıxış edən Bəkir Şahin bu cür əlaqələrin hərtərəfli faydalı və gələcəkdə də davam etdirilməsi arzusunda olduğunu söyləmişdir. Tədbirdən sonra heyətimiz Konya Ticarət Otağının dəstəyi ilə yaradılan Karatay Universitetinin Gözəl sənətlər və Tasarım bölümünə dəvət edilmiş, universitetin müəllimi məşhur xəttat Hüseyin Öksüz görülən işlərdən danışmışdır. Sonra isə dekan, prof. dr. Kərim Çınar və rektor ilə səmərəli görüş keçirilmişdir.
Səfər Yazma Əsərlər Qurumunun sertifikat təqdimetmə mərasimi ilə başa çatmışdır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.