Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

06.02.2015

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Misir Ərəb Respublikası Səfirliyinin mədəniyyət attaşesi – Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydy qonaq olmuşdur. Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə institutun direktoru, akademik Teymur Kərimli cənab dr. Əhməd Sami bəyi salamlamış, bu mənəvi ocağa təşrif buyurduğu üçün məmnunluq duyduğunu bildirmişdir. O, institutun işlərindəki yeniliklər barədə məlumat vermiş, bildirmişdir ki, ərəb və Azərbaycan xalqlarının mədəniyyətini birləşdirən tarixi köklər var. İslami dəyərlərə söykənən bu xalqlar qədim mədəniyyətə malikdir. Odur ki, bu iki xalqın ədəbiyyat və mədəniyyətini öyrənmək üçün sıx əlaqələr qurmağa hər zaman ehtiyac duyuruq. Daha sonra akademik T. Kərimli institutun nəşr etdiyi və Darül-Kutub kitabxanasında saxlanılan “Azərbaycan əlyazmaları kataloqu”nu qonağa təqdim etdi.
Dr. Əhməd Sami bəy görüşdən məmnun olduğunu bildirdi, Əlyazmalar İnsitutunun Misir Milli Kitabxanası ilə daha sıx əlaqə qurulmasında yardımçı olacağına söz verdi. O, özü ilə gətirdiyi qədim yazı nümunəsini institut rəhbərliyinə hədiyyə etdi.
Görüşdə iştirak edən institutun elmi işlər üzrə direktor müavinləri fil.ü.e.d. Paşa Kərimov, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, ərəb dili şöbəsinin müdiri fil.ü.e.d. Kamandar Şərifli, elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov qonağı salamlayaraq öz arzu və təkliflərini bildirdilər. Misirin Darül-Kutub kitabxanası ilə institut arasında yeni əlaqələrin qurulması üçün bağlanacaq müqavilə layihəsinin hazırlanmasında Misir Mədəniyyət Mərkəzinin yaxından iştirak edəcəyi haqqında da məlumat verildi.
Sonda qonaq İnstitutun sərgi salonunda qədim əlyazmaların nümunələri ilə tanış oldu.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.