Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

25.02.2015

25 fevral 2015-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan İnstitutun direktoru, akademik Teymur Kərimli faciə qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Bildirdi ki, bu faciə tarixin qanlı bir səhifəsidir. Faciənin sonrakı 23 il ərzində Azərbaycan hakimiyyəti, ictimaiyyət bu faciəni – Azərbaycan gerçəkliklərini bütün dünyaya çatdırmaq sahəsində irimiqyaslı işlər görmüşdür. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti əvəzsizdir. İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli Xocalı faciəsini Azərbaycan xalqının başına gətirilən coxsaylı fəlakətlərdən biri olduğunu söylədi və dedi ki, indiki nəslin müqəddəs borcu şəhidlərimizi unutmamaq, gerçəkliklərimizi bütün dünyaya çatdırmaqdan ibarətdir. Daha sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d. Paşa Kərimov tarixən ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin insanlara çatdırılmasında Əlyazmalar İnstitutu alimlərinin gördüyü işlərdən danışaraq bildirdi ki, bu il ermənilərin öz qondarma soyqırımlarının 100 illiyini keçirmək ərəfəsində Xocalı faciəsini dünyaya çatdırmaqda bu işlərin əhəmiyyəti böyükdür. İnstitutun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov çıxışında Xocalıda Vətəni qoruyan qəhrəmanların xatirəsini bir-bir yad edilməsi zərurətindən söz açdı, institutda təşkil olunmuş “Xocalı həqiqətləri” adlı sərginin bu tanıtım sahəsində görülən böyük işlərin cüzi bir hissəsi olduğunu qeyd etdi. Əlyazmalar İnstitutunun əməkdaşlarından AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Möhsün Nağısoylu və elmi işçi Şöhrət Səlimbəyli öz çıxışlarında faciə qurbanlarının, şəhidlərin xatirəsini yaşatmaq üçün həqiqətləri daima dünyaya çatdırmaqla, elm adamı kimi müqəddəs borcları olduğunu söylədilər. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş sərgi və film nümayiş etdirildi.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.