Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

11.03.2015



16 mart 2015-ci il tarixdə Frankfurt Sülh Araşdırmaları İnstitutunun əməkdaşı, sosial elmlər doktoru Azər Babayev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşdur.
Qonaq Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri: fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və fil.ü.e.d. Paşa Kərimovla görüşmüşdür. Görüş zamanı Almaniya və Azərbaycan arasında elmi əlaqələrdə Əlyazmalar İnstitutunun rolu haqqında və bu istiqamətdə görülən işlər barədə məlumat verilmiş, geniş söhbət aparılmışdır. Gələcəkdə birgə fəaliyyətlə bağlı perspektiv planlar müzakirə olunmuşdur. Sərgi zalı ilə tanış olan qonağa Əlyazmalar İnstitutunda saxlanılan bəzi miniatürlü, ornamentli nadir əlyazmalar, qədim çap kitabları, müxtəlif elm sahələrinə aid mənbələr haqqında məlumat verilmişdir. Sonda Əlyazmalar İnstitutunun ötən il yenidən nəşr etdirdiyi XIX əsr Alman tədqiqatçısı Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə...” əsəri hədiyyə edilmişdir. P.Kərimov onu da qeyd etmişdir ki, bu, Avropada çap olunan ilk anadilli kitabımızdır.
Görüşdə İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfzadə və böyük elmi işçi, fil.ü.f.d.Yusif Günaydın iştirak etmişlər.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.