Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

311.03.2015



31 mart 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 1918-ci il 31 mart soyqırımına həsr edilmiş ümumi yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d.Paşa Kərimov faciə qurbanlarını yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. P.Kərimov çıxışında 31 mart hadisələrini erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlərin ifşa edilməsi üçün tarixi sənədlərin, əsərlərin, şahidlərin qeydlərinin ortaya çıxararılaraq nəşr edilməsi sahəsində Əlyazmalar İnstititu əməkdaşlarının fəaliyyəti barədə məlumat verdi. İnstitutun şöbə müdiri fil.ü.f.d. Mehri Məmmədova çıxışında erməni faşistlərinin Azərbaycan xalqına qarşı cinayətlərinin uzun müddətdən bəri davam etdiyini söylədi. Qarabağ hadisələrində zərər çəkmiş insanlar barədə danışdı. Aparıcı elmi işçi, tar.ü.e.d.Tahirə Həsənzadə 1918-ci il 31 mart hadisələrini ictimaiyyətə çatdırılması sahəsində ölkəmizin müxtəlif elm və tədris müəssisələrində çalışan tədqiqatçıların gördüyü işlərdən söhbət açdı. İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov erməni millətçillərinin Azərbaycan xalqına qarşı müxtəlif tarixi sənədlərdə və bədii əsərlərdə əksini tapmış cinayətləri barədə geniş məlumat verdi.Toplantı iştirakçıları belə bir fikirdə olduqlarını bildirdilər ki, Azərbaycan alimləri erməni millətinin xalqımıza qarşı törətdikləri cinayətləri ifşa etmək sahəsində hələ bundan sonra çox iş görməlidirlər. İnstitutun iclas zalında tədbir iştirakçılarına soyqırımla bağlı sərgi nümayiş olundu.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.