Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

09.04.2015



07 aprel 2015-ci il tarixdə Azərbaycan Milli Kitabxanasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qonaqları salamlamış, mərasimin keçirilməsinə əsas olan bağlanacaq memorandum xalqlar arasında mədəni əlaqələrin inkişafına çox dəyərli töhfə olacağını söyləmişdi. Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edirək bildirdi ki, ərəb xalqları ilə azərbaycanlılar arasında çoxəsrlik bir tarix mövcuddur. Bunun əyani sübutu Əlyazmalar İnstitutunda saxlanılan 40 mindən çox əlyazmanın daxilində ərəbdilli əlyazmaların üstünlük təşkil etməsidir. Sevindirici haldır ki, Əlyazmalar İnstitutu bu yaxınlarda Kembric İslam Assosasiyasının üzvü olub. Bu bizə İslam dövlətlərinin ədəbi-tarixi mühitinin öyrənilməsində və tanıdılmasında böyük perspektivlər vəd edir. Güman edirəm ki, bağlanacaq müqavilə istər bizim Əlyazmaların, istərsə də Mərakeş Milli Kitabxanasında saxlanılan əlyazmaların qarşılıqlı şəkildə aşkarlanıb öyrənilməsinə və xalqlarımızın inteqrasiyasına şərait yaradacaqdır. Qonaq, Mərakeş Milli Kitabxanasının direktoru prof. Dris Kruz öz nitqində bağlanacaq müqavilədən sonra Azərbaycan alimlərinin tez-tez ölkəsinə gəlməsini və ərəb ədəbiyyat sevərlərinə Azərbaycan ədəbiyyatı, poeziyası haqqında mühazirələr oxumasını arzuladı. Bu görüşdə imzalanan müqavilə xalqlarımızın, ədəbiyyatımızın, mədəniyyətimizin yaxınlaşmasında və beynəlxalq aləmdə tanınmasında yeni bir mərhələ olacaqdır. Daha sonra çıxış edən Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Hami, Misir Mədəniyyət Mərkəzinin direktoru dok. Əhməd Sami Elaydi tədbir iştirakçılarına öz səmimi arzularını bildirdilər. Sonda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası rəhbərləri tərəfindən üçtərəfli memorandum imzalandı.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.