Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

08.04.2015



8 aprel 2015-cü il tarixdə Mərakeş Krallığı Milli Kitabxanasının direktoru prof. Dris Kruz, Mərakeşin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami Əlyazmalar İnstitutunu ziyarət etmişlər. Qonaqları salamlayan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli onlara Əlyazmalar İnstitutu haqqında ətraflı məlumat vermişdir. O, ümidvar olduğunu bildirmişdir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında aprelin 7-də imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu Mərakeş və Azərbaycan xalqlarının mənəvi irsinin öyrənilməsində mühüm əhəmiyyəti olacaqdır. Görüşdə iştirak edən Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov, institutda saxlanılan əlyazma, çap kitabları və sənədlər barədə məlumat vermiş, bildirmişdir ki, burada mühafizə edilən ərəbdilli əlyazma və çap kitabları qədimliyi, unikallığı ilə diqqəti cəlb edir. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz (Əliyeva) Kəngərli burada əlyazmaların elektron variantlarının çəkilməsi, kataloqlaşdırılması sahəsində görülən işlər barədə ətraflı söhbət aparmışdır. Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil. ü.e.d., prof.Kamandar Şərifli çıxışında institutda ərəbdilli əlyazmaların tədqiqi və nəşri, xarici ölkə kitabxanalarında saxlanılan Azərbaycana dair ərəbdilli əlyazmaların əldə edilməsi sahəsində görülən işlərdən danışdı. İnstitutun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov isə çıxışında instutda ərəbdilli əlyazmaların elmi araşdırılması haqqında qısa məlumat verdi. Görüşdə iştirak edən Mərakeş Milli Kitabxanasının direktoru prof. Dris Kruz səmimi qəbul üçün Əlyazmalar İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirmiş, rəhbərlik etdiyi kitabxanada, bütövlükdə Mərakeşdə müsəlman əlyazmalarının mühafizəsi haqqında görülən işlərdən danışmışdır. Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami də öz növbəsində Əlyazmalar İnstitutunun rəhbərliyinə və kollektivinə müsəlman xalqların irsinin öyrənilməsi sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirmişdir. Tərəflər razılığa gəlmişlər ki, Mərakeş Milli Kitabxanasında, bütün Mərakeş kitabxanalarında saxlanılan Azərbaycana dair əlyazmaların surətləri Bakıya göndərilsin, Əlyazmalar İnstitutunda saxlanan və Mərakeş tədqiqatçılarını maraqlandıran əlyazmaların surətləri isə onlara verilsin. Bundan başqa tərəflər arasında təcrübə mübadiləsi aparılmasına dair razılığa gəlindi. Sonda qonaqlar institutda təşkil edilmiş nəfis əlyazmalar sərgisinə tamaşa edib, xatirə kitabına öz rəylərini bildirdilər, institutun elektron resursları şöbəsi və oxu zalı ilə tanış oldular.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.