Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
ƏLYAZMALARIN GİGİYENA VƏ BƏRPASI LABORATORİYASI
  Əlyazmaların gigiyena və bərpası laboratoriyasının əməkdaşları

1986-cı ildə təsis olunmuşdur.
Əsas fəaliyyət istiqaməti: Əlyazmalar İnstitutunda saxlanılan bütün əlyazma və çap materiallarının elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpa məsələlərinin həlli; xəzinələrin və sərgi zallarının optimal rejiminə nəzarət; yeni alınan materialların karantin şəraitində gigiyena və bərpası; xəzinələrin zərərvericilərdən təmizlənməsi; dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsi.
Laboratoriyada çalışan bərpaçılar ilk zamanlar sadə vərəq və kitabları, daha sonra, 1978-ci ildən əlyazmaların konservasiyası üzərində işləməyə başlamışlar. Ayrı-ayrı əməkdaşlar 1976-1987-ci illərdə Moskva, Sankt-Peterburq, Tbilisi, Minsk şəhərlərinin kitab-xanalarında ezamiyyətdə olmuş, sonralar Türkiyədə (İslanbul, 1990, 1993), Suriyada (Dəməşq, 1993) və İranda (Tehran, 1999) müvafiq kitabxanaların gigiyena və bərpa işi ilə tanış olmuş, aldıqları təcrübədən öz fəaliyyətlərində bəhrələnmişlər. Laboratoriyanın bərpaçıları indiyə qədər əksər arxiv və dövri mətbuat materiallarını, xəzinələrdə saxlanılan çap kitablarını, 2 minə qədər bu və ya digər dərəcədə zədələnmiş əlyazma kitabını bərpa etmiş və cildləmişlər.
Laboratoriyada elmi-tədqiqat işləri də aparılmışdır. 1976-1985-ci illərdə xəzinələrdə, əlyazmalarda və onları əhatə edən mühitdə yayılan göbələklərin növ tərkibini öyrənərkən bu və ya digər cinslərin daxil olduğu 36 göbələk növü aşkar edilmişdir. Onların arasında ziyankar, vərəqləri ciddi zədələyən növlərə qarşı mübarizə tədbirləri hazırlanaraq təcrübədə həyata keçirilmişdir. 1986-1990-cı illərdə xəzinə və kitablarda rast gələn həşəratlar, əsasən, ziyankar böcəklər AMEA Zoologiya İnstitutu əməkdaşlarının köməyi ilə öyrənilmiş, toplanan həşəratların 12 cinsinə daxil olan 14 növünü təyin etmək mümkün olmuş, əlyazmalara dəri qurdlarının və b. böcəklərin daha çox ziyan verdiyi aydın olmuşdur. Ziyankar növlərə qarşı mübarizə aparmaq məqsədi ilə xəzinələrdə müntəzəm dezinfeksiya və dezinseksiya işlərinin həyata keçirilməsinə başlanmışdır. İlk dövrlərdən fərqli olaraq, son iki onillikdə bütün xəzinələrdə kondisionerlər quraşdırılmışdır ki, bu da əlyazmaların normal rejimdə saxlanmasına şərait yaradır.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.