Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
ELMİ İŞLƏR ÜZRƏ DİREKTOR MÜAVİNİ
Paşa Əli oğlu Kərimov

Filologiya üzrə elmlər doktoru, 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə «Əlican Qövsi Təbrizinin «Divan»ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni» mövzusunda namizədlik, 2012-ci ildə isə «XVII əsr anadilli Azərbaycan lirikası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003-2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından direktor vəzifəsini icra edir. Klassik ədəbi abidələrimizin filoloji və tekstoloji araşdırılması və nəşrə hazırlanması işi ilə məşğul olur. İlk dəfə olaraq XVII əsr Azərbaycan şairlərindən Qövsi Təbrizi, Mürtəzaqulu xan Şamlu, Vəhid Qəzvini, Sadiq bəy Əfşar, Yusif bəy Ustaclu və b. türkcə divanlarını, XIX əsr şairi Mirzə İsmayıl Qasirin şeirlərini və bir sıra başqa abidələrimizi çap etdirmişdir.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ankarada, Daşkənddə keçirilən beynəlxalq konfranslarda, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikan və Romada keçirilmiş Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmişdir.
2001 və 2009-cu illərdə Prezident təqaüdçüsü olmuş, 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2012-ci ildə Türk Ədəbiyyatı Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət baratı” mükafatına layiq görülmüşdür.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.