ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

15.02.2017

“MEHRİ VƏ VƏFA” KİTABI TƏQDİM OLUNDU

15 fevral 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d,  professor Kamandar Şərifovun  tərtib etdiyi və önsözünün müəllifi olduğu Ümmi İsanın “Mehri və Vəfa”” kitabının təqdimatı keçirilmişdir. 


13.02.2017

BÖYÜK TƏDQİQATÇI HAQQINDA DƏYƏRLİ KİTAB

 AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Afaq Əliyeva və kiçik elmi işçi Pərvanə Teyyubovanın uzunmüddətli gərgin əməyinin məhsulu olan “Qulam Məmmədli arxivinin təsviri” kitabı işıq üzü görmüşdür. 


08.01.2017

İNSTİTUT DOKTORANTININ KİTABI ÇAP EDİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Natiq Mürsəlovun müəllif olduğu “İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı” kitabı nəşr olunub. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə elmin və təhsilin inteqrasiyası çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nahid Rzazadənin rəhbərliyi altında həyata keçirilən “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” layihəsinin əsasında hazırlanıb.


06.01.2017

BAKIXANOVŞÜNASLİQDA DAHA BİR ADDIM

“Elm və təhsil” nəşriyyatı  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İradə Vəzirovanın  “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabını nəşr etmişdir. Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid sənədlərin: məktublar, təliqələr, şəkillər, teleqramlar, fotoşəkillər, onun haqqında yazılmış məqalələrin təsviri verilmişdir. İ.Vəzirova kitaba yazılmış ön sözdə A.Bakıxanovun şəxsi arxivində 100-dən artıq məktubun, 100-dən çox təliqənin, 4 arxiv iş qovluğunun , “Müasirləri Bakıxanov haqqında” adlı kitabın makina çapının, 3 müqavilənin, 2 teleqramın, 3 raportun, 23 elmi məqalənin, 31 məktub zərfinin, 5 şəklin və digər sənədlərin yer aldığını və ilk dəfə onların izahlı elmi təsvirinin verildiyini bildirmişdir. Kitabı Bakıxanovşünaslıqda irəliyə doğru ciddi bir addım saymaq olar.
Kitabın redaktoru fil.ü.f.d. Əkrəm Bağırov, rəyçisi fil.ü.e.d. Paşa Kərimovdur.



29.12.2016

TÜRKİYƏNİN MƏŞHUR MÖVLƏVİ ŞAİRİNİN ƏSƏRİ ÇAP OLUNMUŞDUR

“Ekoprint”  nəşriyyatı XVII əsrdə Türkiyədə  mövləvi təriqətinin aparıcı nümayəndələrindən olmuş, istedadlı  şair Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” adlı əsərini nəşr etmişdir. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Nəsr və nəzmlə növbələnən əsəri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal transfonoliterasiya edərək nəşrə hazırlamışdır. O, kitaba yazdığı ön sözdə əsərin dil və üslub xüsusiyyətlərini olduğu kimi saxladığını və hətta bəzi sözlərin ikişəkilliyini də nəzərə aldığını  bildirmişdir. Kitabın redaktoru fil.ü.f.d. Şəlalə Ana, rəyçiləri Qutiyera Cəfərova və Hacı Mustafa Mailoğludur.    



22.12.2016

KLASSİK İRSİMİZİN TƏDQİQİ ÜÇÜN DƏYƏRLİ VƏSAİT

“Elm və təhsil” nəşriyyatı dəqiq və humanitar elmlərin, ərəb və fars dillərinin, klassuik ədəbiyyatın mükəmməl bilicisi Əhmədağa Əhmədovun qafiyə elminin nəzəri əsaslarından bəhs edən “Qafiyətül-kafiyə” əsərini çap etmişdir. Yeri gəlmişkən, müəllif bu əsəri 1991-ci ildə tamamlamışdır.
            Əsərdə ərəb və fars şeirlərinin qafiyəsi ilə bərabər, Azərbaycan şeirinin də qafiyə sistemi araşdırılmışdır. “Qafiyətül-kafiyə” əsəri klassik şeirimizin incəliklərini bilmək və öyrənmək üçün olduqca dəyərli mənbədir. Əsəri Lalə Sultanova transfonoliterasiya etmişdir. Ön söz, qeyd və şərhlər də ona məxsusdur. Kitabın elmi redaktoru  filologiya elmləri doktoru, professor Tərlan Quliyevdir.  



01.12.2016

MİRZƏ İBRAHİMOVUN HƏYAT YOLDAŞINA MƏKTUBLARI NƏŞR OLUNDU

Bu günlərdə “Azərnəşr” Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük yazıçısı Mirzə İbrahimovun həyat yoldaşı Sara xanıma ünvanladığı məktublardan ibarət “Sevgi məktubları” kitabını nəşr etmişdir. Saf  sevgi, qarışılıqlı dərin məhəbbət, qeyri-adi  lirik duyğular həmin məktubların  ana xəttini təşkil edir. Məktubların böyük ictimai əhəmiyyəti ondadır ki, dövrün ədəbi, tarixi prosesləri, yazıçının öz müasirlərinə münasibəti burada əksini tapmışdır. Kitabın redaktoru  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimiov, ərəb qrafikasından latın qrafikasına çevirəni isə Aslan Kənandır.     



25.11.2016

ƏLİAĞA VAHİDİN ƏSƏRLƏRİ NƏŞR EDİLMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə böyük Azərbaycan şairi Əliağa Vahidin əsərləri nəşr olunmuşdur. Kitaba Ə.Vahidin 1914-1934-cü illərdə qələmə aldığı müxtəlif mövzuda və janrda olan bədii nümunələri daxil edilmişdir. Görkəmli tədqiqatçı alim Əlabbas Müznibin topladığı və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan həmin əlyazmaları institutun əməkdaşı Sona Xəyal transliterasiya etmiş və ona ön söz yazmışdır. Kitabın rəyçiləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşları fil. ü. f.d. Əzizağa Nəcəfov və Qutiyera Cəfərovadır.



21.11.2016

“ƏLYAZMALARI YAŞADAN ALİM”

Bu günlərdə “Ekoprint” nəşriyyatı tərəfindən “Əlyazmaları yaşadan alim” adlı yeni kitab çap edilmişdir. Kitab görkəmli dilçi alim, AMEA–nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunub. Kitaba əsasən yubilyarın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundfa işləyən həmkarlarının ürək sözləri və arzuları daxil edilmişdir.  Kitabın redaktoru və ön sözün müəllifi Könül Mirzəyeva, tərtibçi Nailə Əliyevadır.



18.11.2016

VƏTƏNİNDƏ TANINMAYAN BÖYÜK FİKİR ADAMI

Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur. Təəssüf ki, bu böyük filosofun, məşhur din aliminin həyatı və yaradıcılığı indiyədək öz doğma vətənində araşdırılıb tədqiq edilməmişdir.


<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014