ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

18.11.2016

VƏTƏNİNDƏ TANINMAYAN BÖYÜK FİKİR ADAMI

Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur. Təəssüf ki, bu böyük filosofun, məşhur din aliminin həyatı və yaradıcılığı indiyədək öz doğma vətənində araşdırılıb tədqiq edilməmişdir.


16.11.2016

FOLKLORŞÜNAS ALİM VƏLİ XULUFLU HAQQINDA YENİ KİTAB

AMEA Əlyazmalar İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertantı Rəhman Salmanlının folklorşünas alim, repressiya qurbanı Vəli Xuluflu haqqında “Gizli güllələnən alim” (xatirə-memuar) kitabı işıq üzü görüb. V.Xuluflunun ömür yolundan bəhs edən kitabda ötən əsrin 20-30-cu illərində baş vermiş qırğınlar, bolşevik-erməni terroru, qırmızı imperiyanın Azərbaycan ziyalılarına qarşı apardığı soyqırımı siyasəti və tarixi hadisələr öz əksini tapıb. Müəllif Vəli Xuluflu barədə oxuduqlarına, eşitdiklərinə, xatirələrə, habelə almin ailə üzvlərinin və yaxınlarının söylədiklərinə istinad etməklə onun mükəmməl obrazını yaradıb. R.Salmanlının məqsədi tədqiqatçıların və oxucuların diqqəti alimin həyat və fəaliyyətinə yönəltmək olub. 



10.11.2016

YENİ KİTAB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Rübabə Bahadır qızı Şirinovanın “Yusif  Dövlətoğlunun “Mənzum fiqh” tərcümə abidəsi” adlı kitabı nəşr olunmuşdur. Kitabda XIII əsr Sədr əş-Şəriə əl-Əvvəlin Hənəfi fiqh məzhəbinin təməl kitablarından olan “Viqayət ər-rivayə fi məsəil əl-hidayə” adlı əsərinin XV əsr türk alimi və ədibi Yusif Dövlətoğlu tərəfindən nəzmlə tərcümə edilərək “Mənzum fiqh” adlandırılmış əsəri orta əsr əlyazmaları əsasında tədqiq olunur və bu abidəyə istinad olunmaqla hənəfəlikdə nikah məsələləri öyrənilir. Kitabın elmi redaktoru fil.e.d., prof. Kamandar Şərifov, rəyçilər fil.e.d., prof. Azadə Musayeva, ilah.ü.f.d.,dosent Zəkiyyə Əbilovadır. Kitabın redaktoru elmi işçi Mətanət Muradovadır.



07.11.2016

TANINMIŞ DİLÇİ ALİM HAQQINDA YENİ KİTAB

“Elm və təhsil” nəşriyyatında  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Şəlalə Ana Hümmətlinin “Gözəlliyin tərcümanı, yaxud “Xoşbəxt o kəsdir ki...” kitabı çapdan çıxmışdır. Ədəbiyyatşünas-alimin “Bilənlərə salam olsun!” silsiləsindən  qələmə aldığı bu elmi-publisistik kitab görkəmli mətnşünas, dilçi alim, fil.ü.e.d., professor, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuşdur. Kitab M.Nağısoylunun zəngin elmi-ədəbi yaradıcılığı və müəllifin bu dəyərli alimlə apardığı müsahibələri, mətbuat səhifələrində onun haqqında dərc edilmiş portret yazıları əsasında qələmə alınmışdır. Kitaba alimin ömür yolunu əks etdirən foto-albom da əlavə olunmuşdur. Kitabın elmi redaktoru və ön sözün müəllifi fil.ü.e.d. Mayıl Əsgərov, rəyçi fil.ü.e.d. Nadir Məmmədlidir.



04.11.2016

ƏMƏKDAŞLARIMIZIN MƏQALƏLƏRİ İRANDA NƏŞR OLUNMUŞDUR

Əbdürrəhman Cami Beynəlxalq Konfransının Təşkilat Komitəsinin və İran İslam Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq Araşdırmalar və Tədqiqatlar Mərkəzinin Tədqiqatlara Yardım İdarəsinin təşkilatçşılığı ilə İranın Türbəti-Cam şəhərində Şərqin qüdrətli sənətkarı Əbdürrəhman Camiyə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir. 


04.11.2016

“AZƏRBAYCAN MULTIİKULTURALİZMİNİN ƏDƏBİ-BƏDİİ QAYNAQLARI” RUS DİLİNDƏ NƏŞR OLUNMUŞDUR

Multikulturalizm ili çərçivəsində “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı ensiklopedik kitab rus dilində nəşr olunmuşdur. Məlum olduğu kimi, kitab “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq sovet dönəminə qədərki nəhəng zaman intervalında Azərbaycan ədəbiyyatında multikultural dəyərləri əks etdirən ədəbi-bədii nümunələri ehtiva edir. 


25.10.2016

CƏLİL MƏMMƏDQULUZADƏ HAQQINDA XATİRƏLƏR ABŞ-DA NƏŞR EDİLİB

ABŞ-ın “Vaşiqton DC” nəşriyyatında Həmidə xanım Cavanşirin həyat yoldaşı, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə haqqında xatirələri çapdan çıxmışdır. Əsəri ingilis dilinə azərbaycanlı tədqiqatçı Həsən Cavadi və amerika alimi Vilem Floor tərcümə etmişlər. Kitab belə adlanır: “1907-1931-ci illərdə Qafqazda və İranda nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalının redaktorunun həyat və yaradıcılığı haqqında müsəlman qadının xatirələri. Həmidə xanım Cavanşir”. Cəlil Məmmədquluzadənin həyatını əks etdirən fotolar və “Molla Nəsrəddin” jurnalının illüstrasiyaları ilə zəngin olan kitabın sonunda əsərin müəllifi Həmidə xanımın həyat və yardıcılığı barədə məlumat verilmişdir. Həsən Cavadi kitabın bir nüsxəsini hədiyyə olaraq AMEA Məmməd Füzuli adına Əlyazmalar İnstitutuna göndərmişdir.



18.10.2016

YENİ NƏŞRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” (№2 (3)2016) və “Əlyazmalar yanmır” (№2 (3)2016) adlı elmi məqalələr toplusunun yeni nömrələri işıq üzü görmüşdür.



29.09.2016

MƏMAİNİN ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

“Elm və təhsil” nəşriyyatında  Məmo bəy Məmainin “Şeirlər”  kitabı işıq üzü görmüşdür. Kitabda XIX əsr Qarabağ şairi Məmo bəy Məmainin Azərbaycan dilində yazdığı şeirlər ilk dəfə tam şəkildə oxuculara təqdim olunur. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutnda saxlanılan əlyazmalar əsasında hazırlanmışdır.
Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi şöbəsi”nin böyük elmi işçisi, fil.ü.f.d., dosent Sevər Cabbarlı, redaktorları AMEA-nın müxbir üzvi, professor Möhsün Nağısoylu və fil.ü.f.d. Əkrəm Bağırovdur.



21.09.2016

YENİ MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR

“Elm və təhsil” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 13.06.2016-cı il tarixli 6 saylı qərarı ilə AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Möhsün Nağısoylu və  fil.ü.f.d. Şəhla Abdullayevanın Anonim “Şeyx Sənan” mənzum hekayəti (tekstoloji-filoloji araşdırma və tənqidi mətn) əsəri çapdan çıxmışdır. 


<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014