ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

16.09.2016

ALİMİN YENİ KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “Azərbaycandan dünyaya doğan günəş – Seyid Yəhya Şirvani və xəlvətilik” adlı kitabı işıq üzü görmüşdür.  Kitabda Azərbaycanda təşəkkül taparaq bütün dünyaya yayılan xəlvətilik təriqətinin ikinci böyük piri, XV əsr böyük Azərbaycan mütəsəvvifi Seyid Yəhya Bakuvinin həyatı və yaradıcılığı, həmçinin xəlvətilik, onun silsiləsi, qaynaqları, şeyxləri haqqında ilkin mənbələr əsasında geniş məlumat verilir. Seyid Yəhyanın farsdilli əsərlərinin əksəriyyətini dilimizə tərcümə edən N. Məmmədli kitabda bu əsərlərin geniş elmi təhlilini verir.



16.09.2016

ƏMƏKDAŞIMIZIN YENİ MONOQRAFİYASI NƏŞR EDİLMİŞDİR

“Elm və təhsil”  nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun  Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Nəzakət Məmmədlinin “Füzulinin “Leyli və Məcnun” əsəri – poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri” adlı monoqrafiyası nəşr edilmişdir.


31.08.2016

CEYHUN HACIBƏYLİNİN MÜHACİRƏT HƏYATINA DAİR YENİ KİTAB

 “Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilmişdir. Kitab C. Hacıbəylinin 125 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən işıq üzü görmüşdür. Kitabın tərtibçisi Aslan Kənandır. Kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov, rəyçisi institutun əməkdaşı, fil.ü.e.d Nailə Səmədovadır.



22.07.2016

YENİ KITAB

“Elm və təhsil” nəşriyyatında “Həsən bəy Zərdabi (Məlikov). Elmi –köməkçi biblioqrafik göstərici” adlı yeni kitab işıq üzü görmüşdür. Kitab Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 11 fevral 2015-ci il tarixli 01№-li iclasının qərarı ilə nəşr edilmişdir. Kitabın tərtibçisi və ön sözün müəllifi İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Ali Mediya Mükafatçısı Esmira Cavadovadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlidir.


14.06.2016

NOVBƏRİ DİVANININ İLK NƏŞRİ

“Elm” nəşriyyatında XIX əsrin sonları XX əsrin birinci yarısında yaşamış “Novbəri” təxəllüslü Kərbəlayi Qara Məşədi Süleyman oğlu  Əliyevin lirik şeirlər toplusu-divanı çapdan çıxmışdır. Buna qədər C. Nağıyeva və T. Nurəliyeva şairin Füzuli qəzəllərinə yazdığı təxmisləri nəşr etdirmişdilər. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurəliyeva Novbərinin divanını müasir əlifbaya transfoneliterasiya etmiş, kitaba ön söz yazmışdır. Kitabda ərəb-fars sözlərinin ayrıca lüğəti verilmişdir.
    Kitabın redaktoru Hacı Mustafa Mailoğludur.



25.05.2016

AZƏRBAYCAN ATLARI BARƏDƏ İNGİLİS DİLİNDƏ YENİ KİTAB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr şöbəsi”nin müdiri, tar.ü.e.d., prof. Fərid Ələkbərlinin ingilis dilində “Horses of Azerbaijan: a historical survey”(“Azərbaycan atları: tarixi icmal”. Bakı, AAMH, 2016) yeni kitabı çapdan çıxmışdır. Kitabda Azərbaycan atçılıq sənətinin tarixindən, şifahi ədəbiyyatda at obrazlarının meydana gəlməsi və inkişaf yolundan, təsviri sənətdə, tarixi mənbələrdə, o cümlədən orta əsr əlyazmalarında və digər arxiv sənədlərində at təsvirlərindən bəhs olunur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda yığcam tarixi icmal formasında Qarabağ atı, Dilboz, Quba yorğası, Şirvan atı kimi at cinsləri və onların formalaşma tarixi haqqında müfəssəl məlumatlar yer almışdır.



16.05.2016

İSMAİL ƏL-CÜRCANİNİN “XƏFİ-ƏLAYİ” ƏSƏRİ NƏŞR EDİLMİŞDİR

“Elm və təhsil” nəşriyyatında XII əsr alimi Zeynəddin ibn Əbu İbrahim İsmail Əl-Cürcaninin “Xəfi-əlayi” adlı xəstəliklər və onların müalicə üsuluna həsr edilmiş əsəri çapdan çıxmışdır. Dövrünün görkəmli təbibi olan Zeynəddin əl-Cürcani əvvəlcə tibbə dair “Zəxireyi-Xarezmişahi” əsərini yazmış, sonra hökmdar Qızıl Arslan Əbu əl-Müzəffər ibn Xarəzmişahinin sifarişi ilə onun müxtəsər variantı olan “Xəfi-əlayi”ni tərtib etmişdir. Əsəri fars dilindən tərcümə edən, ön söz və şərhlərin müəllifi Əlyazmalar İnstitutunun elmi işçisi Zemfira Məmmədovadır. Kitabın redaktorları filoloigiya elmləri doktoru Paşa Kərimov və tarix elmləri doktoru Fərid Ələkbərlidir.



26.04.2016

MİRZƏ AĞADADAŞ MÜNİRİNİN “BAHAR AĞLAYIŞI” KİTABI ÇAP OLUNMUŞDUR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi və  Bakı ədəbi mühitində yazıb-yaradan, öz dövründə şair, rəssam və müəllim kimi tanınan Mirzə Ağadadaş Münirinin şeirləri İnstitutda B-1791 şifrəli qovluqda 22,5x14,5, 21x8, 21x13, 35x11 sm. ölçülü vərəqlərdə saxlanılmşdır. Onun  əlyazması çap şeirləri ilə birlikdə nəşrə hazırlanmışdır. Kitabda şairin əsərləri: “Qəzəllər”, “Müxtəlif şeirlər”, “Qəmli sətirlər” və “Mənzum məktublar” bölümlərində verilmişdir.

 

07.04.2016

NADİR ŞAH ƏFŞARIN ŞƏXSİ MÜNŞİSİ MİRZƏ MEHDİ XAN ASTRABADİNİN “İNŞA” ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında  XVIII əsr Azərbaycan tarixçisi, Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çapdan çıxmışdır. Bu kitaba bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədlər daxil edilmişdir. “İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və  İranın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi AMEA-nın  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır.

Redaktor fil.ü.e.d. Paşa Kərimovdur. Rəyçilər akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur. Kitabı AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda  Atatürk Mərkəzi birlikdə nəşr etdirmişlər.



05.04.2016

MƏHƏMMƏD HÜSEYN İBN MƏHƏMMƏD ƏLİ GƏNCƏVİNİN ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR

“Elm” nəşriyyatında Məhəmməd Hüseyn ibn Məhəmməd Əli Gəncəvinin “Mirzə Məhəmməd Hüseyn Təbib Həkimbaşının sınayıb təcrübədən keçirdikləri” əsəri çapdan çıxmışdır. Əsər orta əsrlər və yeni dövrün ilk məsələlərində Azərbaycanda təbabət, xüsusilə həkimşünaslığa dair qiymətli mənbədir. Fars dilindən tərcümə edən bu müqəddimənin müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi İradə Qayıbovadır. Redaktor: institutun elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitab AMEA Gəncə Bölməsinin yardımı ilə nəşr edilmişdir.



<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014