ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

05.04.2016

“TƏZKİREYİ-YUSİF” KİTABI

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çapa hazırladığı yeni kitab işıq üzü görüb. XIX əsrin görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Əbdülxalıq Yusifin 165 illik yubileyinə hərs olunan, 68 səhifədən ibarət kitab “Təzkireyi-Yusif” adlanır. Burada müasirləri Seyid Əzim Şirvani, Mirzə Səməndər Dərbəndi, Haşım bəy Saqib, Məhəmmədağa Cürmi, Əbdül Qarabaği, Faiz Şəkili və başqaları tərəfindən ədibə göndərilən şeirlər toplanmışdır. 

 

05.04.2016

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN ÇAPA HAZIRLADIĞI YENİ KİTAB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çapa hazırladığı yeni kitab işıq üzü görüb. “Misilsiz sevgi” adlanan kitab İnstitut tərəfindən Cənubi Azərbaycan yazarları silsiləsindən çapa hazırlanan ilk kitabdır. Burada ərdəbilli şairə Mihən Kəriminin müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik və məhəbbət mövzusunda şeirləri toplanmışdır.
      Kitabı ərəb qrafikasından transfonoliterasiya edib nəşrə hazırlayan İnstitutun böyük elmi işçisi Sona Xəyal, redaktoru Yədullah Kənani, rəyçiləri fil.ü.f.d. Aynur Nəcəfova və “Kitabxana və elmi informasiya”  şöbəsinin  müdiri Qutiyera Cəfərovadır.



13.01.2016

M.S.ORDUBADİNİN ARXİVİNİ TƏSVİR EDƏN KİTAB ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında Məmməd Səid Ordubadinin Əlyazmalar İnstitutunda saxlanan arxivinin izahlı təsviri kitab halında çapdan çıxmışdır. Buraya görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin şəxsi arxiv materialları – tərcümeyi-halları, xatirələri, bədii əsərləri, oçerk, məqalə və felyetonları, məktublarının əlyazmaları, ailəsinə, ictimai fəaliyyətinə dair sənədlər, fotoları və digər materiallar toplanılmışdır. Fil.ü.f.d.Mehri Məmmədovanın çapa hazırladığı bu kitaba daxil olan materialları Əzizə Cəfərzadə, Mərziyyə Paşayeva və Mehri Məmmədova təsvir etmişlər.
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.



25.11.2015

BÖYÜK TÜRKMƏN ŞAİRİ MƏHTİMQULU FƏRAQİNİN “DİVAN”I NƏŞR EDİLMİŞDİR

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı ilk dəfə olaraq Əlyazmalar İnstitutunda saxlanan nüsxə əsasında nəşr etdirilmişdir. Əsərin mətni ilə bərabər fotofaksimilesi də verilmişdir. Akademik İsa Həbibbəylinin elmi redaktorluğu və ön sözü ilə çap edilən əsəri filologiya üzrə elmlər doktoru Paşa Kərimov, türkmən tədqiqatçıları Rəhmanverdi Qodarov və Rəhimməmməd Kurenov müasir əlifbaya transliterasiya etmiş, İsmixan Osmanlı türkmən dilindən Azərbaycan dilinə çevirərək qeyd və izahlar yazmışdır. Paşa Kərimov və İsmixan Osmanlı da kitaba ön söz yazmışlar. Kitabın rəyçiləri akademik Teymur Kərimli, Tükmənistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırov və filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevdir.



25.11.2015

HACI ŞEYX HƏSƏN MOLLAZADƏNİN KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Görkəmli ilahiyyatçı alim Hacı Şeyx Həsən Mollazadə Gəncəvinin “Kitabi-bəsirət və şiracül-əfkar" kitabı (transfoneliterasiya) çapdan çıxmışdır. Didaktik-nəsihətamiz mövzulu bu əsəri Əlyazmalar İnstitutunun əməkdaşı Səbinə Əhmədova müasir əlifbaya transfoneliterasiya etmiş, ön söz və lüğət yazmışdır. Redaktor Hacı Mustafa Mail oğludur.



11.11.2015

AKADEMİK TEYMUR KƏRİMLİNİN DAHA BİR MARAQLI KİTABI ÇAPDAN ÇIXMIŞDIR

AMEA-nın 70 illik yubileyi ilə əlaqədar akademiyanın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya işıq üzü görüb. “Mirzə İbrahimov” adlı kitabın müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Monoqrafiyada AMEA-nın beşiyi başında duranlardan biri, görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.



11.11.2015

DAHİ ŞAİRİN 100 AFORİZMİNDƏN İBARƏT KİTAB İŞIQ ÜŞÜ GÖRMÜŞDÜR

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 100 aforizmindən ibarət “Könüllər şairi” adlı kitab işıq üzü görmüşdür. Kitabda dahi şairin hikmətli kəlamları üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilmişdir. Kitabın tərtibçisi mərhum professor Rüstəm Əliyevdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu kitaba “Filosof şairin ölməz kəlamları” başlıqlı ön söz yazmışdır. Kitabın redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.



10.11.2015

"KİTABİ DƏDƏ-QORQUD"DAN BƏHS EDƏN DAHA BİR KİTAB OXUCULARIN İSTİFADƏSİNƏ VERİLDİ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevin “Dədə Qorqud kitabı”: bir müqəddimə, üç boy...” adlı kitabı işıq üzü görmüşdür.Kitabda alimin son illərdə “Kitabi-Dədə Qorqud” ilə bağlı məqalələri toplanmışdır. Burada Dədə Qorqud şeirlərinin qafiyə və vəzn xüsusiyyətləri, dastandakı dini məsələlər ön plana çıxarılır.



04.11.2015

İNSTİTUTUMUZUN ALİMİNİN YENİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın "Məmmədəli Sidqinin arxivinin təsviri" adlı kitabı çapdan çıxmışdır. Kitabda görkəmli maarifçi-pedaqoq Məmmədəli Sidqinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları barədə məlumat verilmişdir. Qeyd edək ki, M. Sidqinin şəxsi arxivində cəmi 265 saxlama vahidi altında 800-ə qədər material vardır. Bunlar M. Sidqinin hekayə, pyes, məqalə və xatirələrinin aftoqraf nüsxələri, tərcümeyi-hal sənədləri, müxtəlif şəxslərin ona yazdığı məktublar, Məmməd Tağı Sidqiyə aid sənədlər, fotoşəkillər, çap kitabları, qəzet kəsikləri, kəbin kağızları, qəbalələr və s. daxildir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.



04.11.2015

İNSTİTUTUMUZUN DAHA BİR ƏMƏKDAŞININ KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Əlyazmalar İnstitutunun elmi işçisi Könül Bağırovanın "Azər Buzovnalı arxivinin təsviri" adlı kitabı üşıq üzü görmüşdür. Kitabda şair Azər Buzovnalının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları - tərcümeyi-hal sənədləri, əsərlərinin və tərcümələrinin əlyazmaları, məktubları və ona yazılmış məktublar, bir sıra digər sənədləri barədə məlumatlar verilmişdir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.



<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014