ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

25.05.2015

İNSTİTUTUMUZUN DAHA BİR ƏMƏKDAŞININ MARAQLI KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Əlyazmalar İnstitutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun “Müasir cəmiyyətdə İslam” adlı kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib.
Qısa müddət ərzində oxucular tərəfindən maraqla qarşılanan kitabda İslam dininin təkallahlılıq, mənəviyyat, qəzavü-qədər, iman, müqəddəs kitab, həmçinin Allaha inam kimi dərin anlayışları sadə, eyni zamanda canlı, obrazlı və müasir dildə oxuculara çatdırılır. Kitab həm də onunla maraqlıdır ki, İslamın mənəvi aspektləri müəllif tərəfindən təcrid olunmuş halda deyil, təbiət və fəlsəfə elmlərindən məlum olan ümumi bilgilər fonunda tədqiq edilir. Müəllif kitabda bol-bol hədislərə istinad edir, bir çox tanınmış teoloqlardan iqtibaslar verir. Kitab teoloqlar, şərqşünaslar, həmçinin geniş oxucu kütləsi - İslam dini haqqında ətraflı məlumat almaq, xurafatı tərk etmək və bu din haqqında yanlış təsəvvürlərdən qurtulmaq istəyən şəxslər üçün nəzərdə tutulub.
Kitab Qurani-Kərim, Muhəmməd peyğəmbər (s.ə.s), İslam və islamçılıq haqqında hərtərəfli bilgilərlə tanış olmaq üçün əla fürsətdir. Məhz qeyd olunanlarla bağlı bilgi əldə etməklə İslamın müasir cəmiyyətdə oynadığı rolu öyrənə bilərsiniz.



14.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA DAHA BİR MARAQLI KİTAB İŞIQ ÜZÜ GÖRDÜ

Almaniyanın “LAP LAMBERT” Akademik Nəşrlər nəşriyyatında AMEA-nın müxbir üzvi, professor, Əlyazmalar İnstitutunun Farsdilli əlyazmalar şöbəsinin müdiri Möhsün Nağısoylunun rus dilində “Şühədanamə”də poleoqrafiya, dil və tərcümə məsələləri” (XVI əsr) monoqrafiyası çapdan çıxmışdır. Giriş, üç fəsil və nəticədən ibarət olan tədqiqat işində XVI əsr müəllifi Məhəmməd Hüseyn Nişatinin Azərbaycan türkcəsində yazdığı “Şühədanamə” əsəri bədii sənət, tərcümə nümunəsi, dil abidəsi kimi ətraflı tədqiq edilmişdir. Monoqrafiyada, ümumiyyətlə, orta əsrlərdə dilimizə tərcümə məsələləri ciddi tədqiqat obyektinə çevrilmişdir.

 



02.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA DAHA BİR KİTAB İŞIQ ÜZÜ GÖRDÜ

İnstitutumuzun alimi Nailə Süleymanovanın tərtib etdiyi "İlahiyyata dair əlyazmalar kataloqu"nun ( ərəb, fars və türk dilli əsərlər ) I cildi çapdan çıxmışdır. Bu cilddə qiraət və təcvid mövzusunda əlyazmaların elmi poliqrafik təsvirləri verilmişdir.
Kitabın elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.



<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014