Novomixaylovsk sarayındakı sərgi Pasxa bayramı münasibətilə təşkil olunmuşdu və imperator kolleksiyasına məxsus qədim əlyazmalardan ibarətdir.
Xristianlığın çoxəsrlik tarixi bütün dünyada olduğu kimi Rusiyanın da həmişə diqqət mərkəzində olub. Bu maraq hakim dairələrin və alimlərin səyi nəticəsində XIX əsrin axırlarında “İmperator Provaslav Fələstin cəmiyyəti”nin yaranmasına səbəb oldu. Bu cəmiyyət müqəddəs torpaqlarda (Qüdsdə) rusların da varlığının tədqiqini və zəvvarların ora səfərini təşkil edirdi (XIX əsrin sonlarında Yerusəlimi hər il 9000-ə yaxın rus dindar ziyarət edirdi). Sərgidə əsas bölmə Antiox kilsəsinin tarixinə dair qədim ərəb-xristian əlyazmalarına həsr olunub. Burada Antiox kilsəsinin patriarxı IV Qriqori Əl-Xəttadın 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi munasibətilə Rusiya imperator sarayına gəlişi zamanı verdiyi hədiyyələrin nadir siyahısı da var.