Kataloqlaşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. Nazirlikdən verilən açıqlamaya görə, iş prosesində əsərlərin əlyazma şəkilləri nəzərdən keçirilib və bərpaya ehtiyacı olan təxminən 25 mini təsbit edilib. Bərpasına başlanan və nümayiş siyahısında olan əsərlər arasında dünya elm tarixində böyük əhəmiyyətə malik olan Əbul-Fəth Məhəmməd b. Məhəmmədin 62 cildlik “Heyvan Ensiklopediyası”, İbn Sinanın “Əl-Qanun fit-Tibb” adlı əsəri və Zəmahşərinin “əl-Kəşşaf” adlı Quran təfsiri də var.