ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

04.03.2016

MULTİDİSTİPLİNAR TƏDQİQATLARA HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLDİ

04 mart 2016-cı il tarixdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun doktorant və dissertantlarının iştirakı ilə “Multidistiplinar tədqiqatlar və müasir Azərbaycan elmi” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda gənc alimlərin məruzələri və elmi nailiyyətləri ilə bağlı hesabatları dinlənildi. İclasda iştirak edən fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d.Paşa Kərimov, fil.ü.f.d.Əzizağa Nəcəfov doktorant və dissertantlara uğurlar arzuladılar və öz dəyərli tövsiyələrini verdilər. Dinlənilən elmi məruzələr institutun elmi məcmuələrində dərc olunacaqdır.

 



29.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

24 fevral 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorant və dissertantlarının 2015-ci il üçün elmi fəaliyyətinə dair illik hesabatı İnstitutun Elmi Şurasında dinlənilmişdir. Doktorant və dissertantlara lazımı məsləhətlər, tövsiyyələr verilmiş, onların illik hesabatı qənaətbəxş hesab edilmişdir.
Hesabatdan çəkilmiş fotoşəkillərə "ətraflı"da baxa bilərsiz.


26.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

26 fevral 2016-cı il tarixdə Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açdı və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktor müavinləri: fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və digərləri çıxış etdilər. İnstitutun direktoru, akademik Teymur Kərimlinin təklifi ilə tədbir iştirakçıları “Xocalıya ədalət!” Beynəlxalq Kompaniyasına müraciət ünvanlamaq qərara alındı.


02.02.2016

“GƏNCLƏR GÜNÜ” ƏLYAZMALAR İNSTİTUTUNDA QEYD EDİLDİ

02 fevral 2016-ci il tarixdə Əlyazmalar İnstitutunda “Gənclər günü”nə həsr edilmiş elmi seminar keçirildi. İclası giriş sözü ilə açan institutun gənc alimlər şurasının sədri, fil.ü.f.d.Nailə Mustafayeva gənclər günü münasibəti ilə iştirakçıları təbrik etdi. Bu günün bayram kimi qeyd olunmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söylədi. Seminarda institutun gənc əməkdaşı, baş mütəxəssis Aytən Hüseynova “Mir Cəlal Paşayev yaradıcılığına bir baxış” mövzusunda məruzə etdi. Məruzəçi tədbir iştirakçılarının suallarına cavab verdi.


22.01.2016

Beynəlxalq Əl Yazısı günü Əlyazmalar İnstitutunda da qeyd olundu

Hər il yanvarın 23-də dünyada Beynəlxalq Əl Yazısı və ya İmza günü (День ручного письма, National Handwriting Day) kimi qeyd olunur. Bu əlamətdar gün bizə əl yazısının unikallığını, hər insanın imzasının təkrarsızlığını yada salır. Bu günün qeyd olunmasının əsas təşəbbüskarı çap maşınları istehsal edən şirkət olub. Bu məqsədlə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda xüsusi tədbir keçirildi. İnstitutun bərpa laboratoriyasının və Əlyazmaların ekspozisiyası və təqdimi şöbəsinin əməkdaşları nadir əlyazmalar haqqında mühazirələr oxudular.



18.01.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ”NƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLDİ

Sessiya iştirakçıları ilk öncə 20 Yanvar gününə həsr edilmiş kitabların sərgisi ilə tanış oldular. Sessiyanı giriş sözü ilə Əlyazmalar İnstitutunun şöbə müdiri, fil.ü.e.d. Kamandar Şərifli açdı. Qanlı Yanvar hadisələrinin şəhidləri bir dəqiqəlik sükutla yad edildi. Əlyazmalar İnstitutunun direktor müavini fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, elmi katib fil.ü.f.d Əzizağa Nəcəfzadə, fil.ü.f.d Yusif Günaydın çıxış edərək bildirdilər ki, 20 Yanvar faciəsi eyni zamanda xalqımızın tarixinə milli qürur, qəhrəmanlıq günü kimi yazılmışdır. Daha sonra söz alan 20 yanvar hadisələrinin canlı iştirakçısı olmuş fil.ü.f.d Əkrəm Bağırov həmin günlərdə baş verənlərlə bağlı xatirələrini danışdı. Tədbirin sonunda “Şəhidlik zirvəsi” sənədli filmi nümayiş etdirildi.



25.12.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TƏLTİF EDİLDİLƏR

25.05.2015-ci il tarixdə AMEA-nın Əlyazmalar İnstitutunun Elmi Şurasının 2015-ci il üçün son iclası keçirildi. Şura öz işinə başlamamışdan öncə İnstitut rəhbərliyi tərəfindən bu il yubleyləri qeyd olunan beş əməkdaş məhsuldar elmi fəaliyyətlərinə görə fəxri fərmanla təltif edildilər. Təltif edilənlər:
1. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d Aybəniz Əliyeva-Kəngərli
2. Ərəbdilli əyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d.,prof.Kamandar Şərifli
3. Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d. Mehri Məmmədova
4. Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.Əli Əliyev
5. Elmi fondlar şöbəsinin böyük elmi işçisi Arif Ramazanov
Sonra Elmi Şura öz işini davam etdirdi.



10.12.2015

ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ƏLYAZMALAR İNSTİTUTUNDA YAD EDİLDİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirildi. İlk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun alim və əməkdaşları aidiyyatı üzrə mövzularda çıxışlar etdilər. Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli “Heydər Əliyev və Azərbaycan elmi”, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev “Heydər Əliyevin şah əsəri-müstəqil Azərbaycan”, Əlyazmalar İnsititunun direktor müavini , fil.ü.e.d. Paşa Kərimov “Əbədiyaşar lider” , elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov “Uzaqgörən siyasətçi Heydər Əliyev” və institutun şöbə müdiri, fil.ü.f.d Mehri Məmmədova “Davamlı inkişaf və Azərbaycan dövlətçilik modeli” mövzularında etdikləri çıxışlarda ümummili liderin Azərbaycan dövləti, dövlətçiliyi, o cümlədən Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən, bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən danışdılar. Sonda “Heydər Əliyev yaşayır” filmi nümayiş etdirildi.



25.11.2015

ƏRƏB DÖVLƏTLƏRİ LİQASISININ TƏŞKİLAT RƏHBƏRİ İNSTİTUTUMUZUN QONAĞI OLDU

25 noyabr 2015-ci il tarixdə Ərəb Dövlətləri Liqasısının təhsil, mədəniyyət və elm məsələləri üzrə təşkilatının (ALESCO) baş direktoru Dr. Abdullah Hamad Muharəb və onun rəhbərlik etdiyi işçi qrupu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldu. Qonaqlar İnstitutun ekspozisiyası zalında nümayiş olunan mulyajlar, əski-çap kitabları sərgisi, eləcə də institutun fondunda saxlanılan “Qurani-Kərim” nüsxələri ilə yaxından tanış oldular və geniş məlumat əldə etdilər. Ekspozisiya zalında yerləşdirilən informasiya köşkü də qonaqların diqqətini cəlb etdi və onlarda böyük maraq oyatdı. Görüşün sonunda onlar Əlyazmalar İnstitutunda olmaqlarından məmnunluq duyduqlarını bildirdilər.



23.09.2015

AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASSOSİASIYASININ İDARƏ HEYƏTİNİN ÜZVÜ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLDU

Sentyabrın 23-də “AZİZ” beynəlxalq assosiasiyasının idarə heyətinin üzvü, bu təşkilatın mədəniyyət qrupunun rəhbəri Yeganə Salman AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldu.
İllərdir ki, İsraildə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) fəaliyyət göstərir. Bu illər ərzində Assosiasiya özünü Azərbaycan diaspora təşkilatlarının qabaqcıl təmsilçisi kimi təsdiq edə bilib. Amerika, Avropa, Rusiya, Türkiyə KİV-də Azərbaycanın tarixi, zəngin mədəniyyəti, etnoqrafiyası, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin tarixi kökləri, Ermənistanın işğalçılıq siyasəti, sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyi haqqında geniş, zəngin faktoloji bazaya əsaslanan materiallarla ardıcıl surətdə çıxış edib, Azərbaycan həqiqətlərinin təbliği işində böyük nəaliyyətlər əldə ediblər.


<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014