ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

18.09.2015

İNSTİTUTUMUZUN RƏSSAMININ KİTABI KİTABSEVƏRLƏRƏ TƏQDİM OLUNDU

Bu gün IV Bakı Beynəlxalq Kitab Sərgi yarmarkasında Əlyazmalar İnstitutunun rəssamı Fəxrəddin Əlinin "Azərbaycan Muğamları Miniatürlərdə" adlı kitabının təqdimatı keçirildi. Nəfis şəkldə tərtib olunmuş kitab "Şərq-Qərb"ASC-nin nəşriyyatında çap edilmişdir.Əvvəlcə nəşriyyatın müşahidə şurası sədrinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Əlişir Şükürlü kitabın rəssamı Fəxrəddin Əlini sərgi iştrakçılarına təqdim etdi. Sonra söz sənətkara - rəssam Fəxrəddin Əliyə verildi. O, qədim muğam sənətinin müxtəlif guşələrini öz rəsm əsərlərində ifadə etmək üçün apardığı axtarışlar barədə çox geniş məlumatla çıxış etdi.Sonda onun muğam sənətinə həsr etdiyi silsilə rəsm əsərləri haqqında Əlyazmalar İnstitutunun əməkdaşları: fil.ü.f.d.Yusif Günaydın, elmi işçi Sərvan Kərimov və başqaları öz təəsüratlarını söylədilər, rəssama can sağlığı və yaradıcılıq uğurları arzuladılar.


07.07.2015

VETERANLARI TƏBRİK EDİRİK!

04 iyul 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının iclasında uzun illər səmərəli fəaliyyət və işgüzarlıqlarına görə AMEA prezidentinin 01 may 2014-cü il tarixli 64 saylı sərəncamına əsasən, aşağıda adları göstərilən bir qrup alim və digər əməkdaşlara AMEA “Birləşmiş Veteranlar Şurası” tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi təqdim edilmişdir. 

1.Haqverdiyev Həmid Adil oğlu
2.Musayeva Azadə Şahbaz qızı
3.Nurəliyeva Tahirə Nurulla qızı
4.Ramazanov Arif Feyzulla oğlu
5.Feyziyev Tahir Nəriman oğlu
6.Nəsibova Lətifə Ağabala qızı
7.Şamilova Ofelya Hacıyevna

Əmək veteranı vəsiqəsini təqdim edən İnstitutun direktor müavini fil.ü.e.d. Aybəniz Əliyeva- Kəngərli əməkdaşların bundan sonra da yorulmadan çalışacaqlarına əmin olduğunu bildirmiş, elmi və yaradıcı işlərində uğurlar diləmişdir.



27.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-nin YARADILMASININ 97-Cİ İLDÖNÜMÜ QEYD EDİLDİ

26 may 2015-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü münasibəti ilə ümumi yığıncaq keçirildi.Toplantı iştirakçıları AXC xadimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Toplantını giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Paşa Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində oynadığı rolu xüsusi olaraq vurğuladı, cümhuriyyətin görkəmli xadimlərinin xidmətlərindən danışdı.
Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən AXC liderlərinin irsinin nəşr sahəsundə görülən işlər barədə məlumat verdi. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz-Əliyeva Gəngərli çıxışında AXC tarixinə, cümhuriyyət liderlərinə dair araşdırmaların meydana çıxmasında Ümummilli Lider Heydər Əliyevivin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladıqları sərəncamlardakı rolunu qeyd etdi, bibloqraflar tərəfindən tərtib edilmiş AXC-yə dair bibloqrafiya barədə məlumat verdi.
İnstitutun elmi katibi, fil.ü.f.d.Əzizağa Nəcəfov Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş bədii ədəbiyyat nümunələri, cümhuriyyəti əsərlərində vəsf etmiş şairlər barədə danışdı.



22.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN 65 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLDİ

22 may 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 65 illik yubileyinə həsr olunmuş “ORTA ƏSR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” mövzusunda XIV elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov vaxtaşırı olaraq bu mövzuda orta əsr əlyazmalarının tədqiqi ilə bağlı, Azərbaycan mədəniyyətinin tarixi problemlərinə həsr edilmiş konfrans keçirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Bildirdi ki, konfransda Respublikanın müxtəlif elmi müəssisələrindən gəlmiş tədqiqatçıların, xüsusilə də gənc araşdırıcıların öz məruzələri ilə iştirakı sevindiricidir. Plenar iclasda AMEA müxbir üzvi Möhsün Nağısoylu, filolgiya üzrə elmlər doktorları: Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, Mahirə Quliyeva, Nailə Səmədova, Nəsrulla Məmmədov, filologiya üzrə fəlsəfə doktorları: Könül Hacıyeva, Lalə Əlizadə, Xuraman Hümmətova və tədqiqatçı İbrahim Quliyev çıxış etdilər. Fasilədən sonra konfrans mətnşünaslıq, mənbəşünaslıq və multidistiplinar əlyazmaların araşdırılması bölmələri üzrə davam etdirildi.



18.05.2015

SƏUDIYYƏ ƏRƏBISTANI KRALLIĞININ ELMİ MÜHİTİ İLƏ ƏLYAZMALAR İNSTİTUTU ARASINDAKI ƏMƏKDAŞLIQ DAHA DA GENİŞLƏNİR

15 may 2015-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığı Kral Abdulla adına Tədqiqat və Arxiv Fondunun (DAHAR) Milli Əlyazmalar Mərkəzinin direktoru cənab Abdulaziz Abdulrahman Alhelvan, Ticarət və Sənaye Nazirliyinin Marketinq və Kommunikasiya üzrə mütəxəssisi Hamad Abdullah Hamad Alvtian və İslam Əlaqələr Nazirliyinin müşaviri Abdulaziz Nasir əl-Saleh AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldular. Söhbət zamanı Əlyamalar İnstitutunun direktoru akademik Teymur Kərimli müştərək islam abidələrinin tədqiqində Səudiyyə Ərəbistanının alimləri ilə ortaq fəaliyyətdə maraqlı olduğunu bildirdi.


13.05.2015

İNSTİTUTUMUZUN ALİMİ ROMADA KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİB

Vatikanın Romadakı Pontifiçia Salesiana Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) "Nodo di Qordiyo" "beyin mərkəzi" və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan multikulturalizmi və Qafqaz Albaniyası (udilər)" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli iştirak edib. O, konfransa “Orta əsrlər Azərbaycanında multikultural mühit” adlı məruzəsini italyan dilində təqdim edib.


05.05.2015

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLI AMEA-nın QONAĞI OLMUŞDUR

AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə görüş keçirilmişdir. Tədbirdə AMEA–nın Humanitar Elmlər Bölməsinin akademik–katibi, akademik Teymur Kərimli, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, akademik Şahbaz Muradov, professor Sakit Hüseynov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Məhəmməd Füzuli adına Əlyazmalar İnstutunun əməkdaşları, alim və professor heyəti iştirak etmişlər.


05.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA MARAQLI MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETMİŞLƏR

22-24 aprel 2015-ci il tarixdə Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində “Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı” adlı növbəti ənənəvi 29-ci beynəlxalq konfrans keçirilmişdir.”Asiya və Afrika dəyişən dünyada” adı altında Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakultəsinin təşkilatçılığı ilə keçirilən bu konfransda Azərbaycandan olan alimlər sırasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun iki əməkdaşı–fil.ü.f.d.Əkrəm Bağırov “Töhfeyi Saminin Bakı nüsxəsələri” və elmi işçi Tahirə Əliyeva “Türk admiralı Piri Rəis və onun “Kitabi-Bəhriyyə” adlı məruzələrlə çıxış etmişlər. Hər iki məruzə şərqşünaslar tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş diskusiya aparılmış, məruzəçilər onlara verilən suallara ətraflı cavablar vermiş və Əlyazmalar İnstitutunda aparılan elmi tədqiqatlarla bağlı konfrans auditoruyası ətraflı məlumatlandırılmışdır.



05.05.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARI XƏTTAT MİRZƏ ƏSƏDULLAHIN ANIM GÜNÜNDƏ İŞTIRAK ETMİŞLƏR

Bakının Yeni Suraxanı qəsəbəsindəki Mədəniyyət Evində xəttat Mirzə Əsədullah bin Abidin əs-suraxani Badkubinin (1882-1943) anım gecəsi keçirilmişdir. Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal çıxış edərək Azərbaycan xəttatlığından, Təbriz xəttatlıq məktəbindən, onun görkəmli nümayəndələrindən, nəhayət xəttat Mirzə Əsədullahın Əlyazmalar İnstitutunda olan xətt nümunələrindən söz açmışdır. İnstitutun elmi işçilərindən Tahirə Əliyeva xəttatın yaradıcılığında istifadə etdiyi on bir xətt haqqında məlumat vermiş, Musarza Heydərov isə ümumilikdə İslam mədəniyyətindən, Qurani-Kərimin köçürülməsindən, İmam Əlinin ilk dəfə yaratdığı xətt nümunələrindən və onun ardıcıllarından söz açmışdır.


28.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 70 İLLİYİ MÜNASIBƏTİLƏ YIĞINCAQ KEÇİRİLDİ

Yığıncağı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov qeyd etdi ki, sovet dövründə təntənə ilə qeyd edilən bir sıra ildönümləri, yubileylər müstəqillik dövründə artıq əhəmiyyətini itirmişdir, lakin faşizm üzərində qələbəni Azərbaycanda mütləq yad etmək lazımdır. Bu qələbədə Azərbaycan xalqının, neftimizin rolu əvəzsizdir. Bu müharibədə Azərbaycan xalqı böyük itkilər vermişdir. Bəşəriyyətin faşizmdən qurtulmağında Respublikamızın özünəməxsus rolu olmuşdur.
Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqqillik dövründə İkinci dünya müharibəsi veteranlarına layiq olduğu hörmət və ehtiramın bərpa edilməsində əvəzsiz xidməti olmuşdur. Prezidentimiz İlham Əliyev də onun yolunu davam etdirərək qələbənin 70 illiyinin layiqincə qeyd edilməsilə bağlı sərəncam imzalamışdır.


<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014