ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

23.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN QOCAMAN RƏSSAMI FƏXRƏDDİN ƏLİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ MARAQLA QARŞILANDI

22 aprel 2015-ci il tarixində Bakı şəhərinin Vəcihə Səmədova adına sərgi salonunda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qocaman və tanınmış rəssamı Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət “Azərbaycan Muğamı Miniatürlərdə” adlı sərgisinin açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun məsul işçiləri, eləcə də Respublikamızın görkəmli sənət adamları, sənətsevərlər iştirak edirdilər.


20.04.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARI BEYNƏLXAQ ELMİ KONFRANSDA YAXINDAN İŞTİRAK ETDİLƏR

18 aprel 2015-ci il tarixdə Azərbaycan Universiteti, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi və “Səs” Media Qrupunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “UYDURMA ERMƏNİ SOYQIRIMI: YALANLAR, İFTİRALAR; TÜRK-MÜSƏLMAN SOYQIRIMI: FAKTLAR, HƏQİQƏTLƏR” mövzusunda II BEYNƏLXALQ ELMİ KONFRANS keçirildi. 


17.04.2015

ƏLYAZMALAT İNSTİTUTUNUN ALİM VƏ ƏMƏKDAŞLARI AMEA-DA KEÇİRİLƏN MÖHTƏŞƏM KONFRANSDA İNSTİTUTUMUZU YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL ETDİLƏR

16-17 aprel 2015-ci il tarixdə AMEA-da “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Azərbaycanın hökumət və parlament üzvləri, elm və din xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri, KİV nümayəndələri iştirak edirdi. Plenar iclasdan sonra bölmə iclaslarında “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti,” “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və bu prosesdə Azərbaycanın rolu” və “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürünə qarşı” mövzusunda məruzələr dinlənildi. Müxtəlif mövzuda bölmə iclaslarında AMEA Əlyazmalar İnstitutunun əməkdaşları fil.ü.e.d.,professor Azadə Musayeva, il.ü.f.d.Zəkiyyə Əbilova, elmi işçilər: Rübabə Şirinova və Tahirə Əliyeva çıxışlar etdi.Bununla yanaşı, Əlyazmalar İnstitutunun elmi işçisi Seyfəddin Mənsimoğlunun sənət əsərlərinin – taxta üzərində oyma işlərin sərgisi AMEA-nın əsas binasının foyesində nümayiş etdirildi. Dəyərli sənətkarın əsərləri maraqla qarşılanaraq, AMEA rəhbərliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirildi.



14.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA "QORQUDŞÜNASLIQ-200" MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLDİ

14.04.2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud” abidəsinin aşkarlanmasının və ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Qorqudşünaslıq-200” adlı elmi sessiya keçirildi.Əvvəlcə, iştirakçılar “Kitabi-Dədə Qorqud”a aid kitab və rəsm sərgisinə baxdı.
Elmi sessiyanı giriş sözü ilə açan Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini,fil. ü.e.d. Paşa Kərimov qeyd etdi ki, bugünki sessiya “Kitabi-Dədə Qorqud”un bütün türk dünyasının ən möhtəşəm abidələrindən biri olduğunu göstərir, əsərin Azərbaycanda- Əlyazmalar İnstitutunda tədqiqinin diqqətəlayiq bir tarixi var.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli “Epos mədəniyyəti və nəşr sənəti –“Kitabi –Dədə Qorqud” dastanında katib nizamlanmaları” adlı məruzəsində abidənin bugünə gəlib çatmasında onu yazıya köçürən katiblərin rolundan danışdı. Göstərdi ki, əsər yazıya alınarkən dövrün tələblərinə uyğun olaraq abidə tədqiqatçıların diqqətini cəlb edən bir sıra dəyişikliklərə uğramışdır.


10.04.2015

MƏRAKEŞ KRALLIĞI MİLLİ KİTABXANASININ DİREKTORU VƏ MƏRAKEŞİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTNUN QONAĞI OLDU

8 aprel 2015-ci il tarixdə Mərakeş Krallığı Milli Kitabxanasının direktoru prof. İdris Kruz, Mərakeşin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami Əlyazmalar İnstitutunun qonağı oldular. Qonaqları salamlayan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli onlara Əlyazmalar İnstitutu haqqında ətraflı məlumat verdi. O, ümidvar olduğunu bildirdi ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında aprelin 7-də imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu Mərakeş və Azərbaycan xalqlarının mənəvi irsinin öyrənilməsində mühüm əhəmiyyəti olacaq. Görüşdə iştirak edən Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov İnstitutda saxlanılan əlyazma, çap kitabları və sənədlər barədə məlumat verərək bildirdi ki, burada mühafizə edilən ərəbdilli əlyazma və çap kitabları qədimliyi, unikallığı ilə diqqəti cəlb edir. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli burada əlyazmaların elektron variantlarının çəkilməsi, kataloqlaşdırılması sahəsində görülən işlər barədə ətraflı söhbət apardı.


10.04.2015

ƏLYAZMALAR İNSTİTUTU, AZƏRBAYCAN MİLLİ KİTABXANASI VƏ MƏRAKEŞ KRALLIĞININ MİLLİ KİTABXANASI ARASINDA ÜÇTƏRƏFLI ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANMIŞDIR

07 aprel 2015-ci il tarixdə Azərbaycan Milli Kitabxanasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, tar.ü.f.d. Kərim Tahirov qonaqları salamlamış, mərasimin keçirilməsinə əsas olan bağlanacaq memorandumun xalqlar arasında mədəni əlaqələrin inkişafına çox dəyərli töhfə olacağını söyləmişdir. Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru,akademik Teymur Kərimli çıxış edirək bildirmişdir ki, ərəb xalqları ilə azərbaycanlılar arasında çoxəsrlik bir tarix mövcuddur.


31.03.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA 1918-Cİ İL 31 MART SOYQIRIMINA HƏSR EDİLMİŞ ÜMUMİ YIĞINCAQ KEÇİRİLDİ

31 mart 2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 1918-ci il 31 mart soyqırımına həsr edilmiş ümumi yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d.Paşa Kərimov faciə qurbanlarını yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. P.Kərimov çıxışında 31 mart hadisələrini erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi digər cinayətlərin ifşa edilməsi üçün tarixi sənədlərin, əsərlərin, şahidlərin qeydlərinin ortaya çıxararılaraq nəşr edilməsi sahəsində Əlyazmalar İnstititu əməkdaşlarının fəaliyyəti barədə məlumat verdi.


17.03.2015

AZƏRBAYCAN-İSRAİL BEYNƏLXALQ ASOSSİASİYASININ ÜZVÜ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLMUŞDUR

11 mart 2015-ci il tarixdə AZİZ-in (Azərbaycan-İsrail Beynəlxalq Asossiasiyası) İdarə Heyətinin üzvü, Beynəlxalq Münasibətlər üzrə ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Əlyazmalar İnstitutunun qonağı olmuşdur. Qonaq Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli ilə görüşmüşdür. Görüş zamanı İsrail Milli Kitabxanası ilə Əlyazmalar İnstitununun akademik əlaqələrinin genişləndirilməsi baxımından İsaril arxivlərində olan Azərbaycan əlyazamalarının araşdırılması və Azərbaycana gətirilməsi istiqamətində danışıqlar aparılmışdır. İsrail alimi öz növbəsində səmimi qəbula görə Aybəniz xanıma minnətdarlığını bildirmiş və İsraildə Azərbaycana aid olan əlyazmaların üzə çıxarılmasında yardım edəcəyini söyləmişdir. Görüşdə Əlyazmalar İnstitununu böyük elmi işçisi Yusif Günaydın da iştirak etmişdir.



11.03.2015

XOCALI FACİƏSİNİN 23-CÜ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ƏLYAZMALAR İNSTİTUTUNDA TƏDBİR KEÇİRİLDİ

25 fevral 2015-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan İnstitutun direktoru, akademik Teymur Kərimli faciə qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Bildirdi ki, bu faciə tarixin qanlı bir səhifəsidir. Faciənin sonrakı 23 il ərzində Azərbaycan hakimiyyəti, ictimaiyyət bu faciəni – Azərbaycan gerçəkliklərini bütün dünyaya çatdırmaq sahəsində irimiqyaslı işlər görmüşdür. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xidmətləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti əvəzsizdir.


23.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA MİSİR MƏDƏNİYYƏT MƏRKƏZİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Misir Ərəb Respublikası Səfirliyinin mədəniyyət attaşesi – Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydy qonaq olmuşdur. Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə institutun direktoru, akademik Teymur Kərimli cənab dr. Əhməd Sami bəyi salamlamış, bu mənəvi ocağa təşrif buyurduğu üçün məmnunluq duyduğunu bildirmişdir. O, institutun işlərindəki yeniliklər barədə məlumat vermiş, bildirmişdir ki, ərəb və Azərbaycan xalqlarının mədəniyyətini birləşdirən tarixi köklər var. İslami dəyərlərə söykənən bu xalqlar qədim mədəniyyətə malikdir. Odur ki, bu iki xalqın ədəbiyyat və mədəniyyətini öyrənmək üçün sıx əlaqələr qurmağa hər zaman ehtiyac duyuruq. 


<< Əvvələ (1 2 3 4 5 6 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014