ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

13.11.2016

MÖHSÜN NAĞISOYLUNUN 70 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ ŞƏKİLDƏ QEYD EDİLMİŞDİR

Azərbaycanın elmi ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. O, alimin qədim dövr ədəbiyyatımızın və əlyazmaların öyrənilməsi, onların ədəbi dil xüsusiyyətlərinin tədqiq edilməsində əvəzsiz xidmətlər göstərdiyini bildirib: "M.Nağısoylunun orta əsr və qədim dövr əlyazmaları əsasında yaratdığı sanballı əsərlər Azərbaycanın müstəqillik dövrü milli tərcümə sənəti konsepsiyasını hazırlamaq üçün çox əhəmiyyətli və nadir mənbələrdir”. Sonra o, qeyd edib ki, Azərbaycan cəmiyyəti M.Nağısoylunu mətinşünas alim kimi tanısa da, namizədlik və doktorluq dissertasiyalarında dilçilik indeksilə müdafiə etmişdir: “M.Nağısoylunun əlyazmalarla bağlı tədqiqat işlərində dilçilik məsələləri dominantlıq təşkil edir. M.Nağısoylu eyni zamanda ölkəmizdə tərcümə tarixi üzrə olan çox azsaylı tanınmış mütəxəssislərdən biridir. Ona möhkəm cansağlığı və elmi yaradıcılıq uğurları arzulayırıq”.
       “Yazılı abidələrimizin görkəmli tədiqatçısı” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov yubilyarın elmi fəaliyyətinin müxtəlif dövrləri barədə məlumat verib. Bildirib ki, görkəmli şərqşünas –mətinşünas alim kimi tanınan professor Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 44 il müddətində özünə qarşı tələbkar elmi işçi, səmimi insan, zəhmətkeş və təvəzökar alim kimi dərin hörmət qazanmış. gənc elmi kadrların hazırlanmasında əməyini əsirgəməmişdir. Alim Əlyazmalar İnstitutunda işlədiyi müddət ərzində farsdilli və türkdilli əlyazmalar əsasında dəyərli elmi araşdırmalar aparıb: "Bu araşdırmalar nəticəsində XV-XVI əsrlər Azərbaycan tərcümə əsərlərinin əlyazmaları filoloji cəhətdən tədqiq edilib, onlardan ikisi – "Gülşəni-raz”, "Hədisi-ərbəin” ilk dəfə elmi ictimaiyyətə təqdim olunub, bir neçəsinin mətni nəşrə hazırlanıb”. Professor Möhsün Nağısoylunun əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
         Professor Sayalı Sadıqova isə "Görkəmli şərqşünas alim” adlı məruzəsində Möhsün Nağısoylunun Azərbaycan filologiyasında öz ye¬¬ri, öz sözü olan ziyalı alimlərimizdən olduğunu qeyd edib. O, 33 kitab və mono¬¬qrafi-ya¬nın müəllifi, tərtibçisi və tərcüməçisi olan M.Nağısoylunun tərcümə sahəsində zəngin təcrübəsini xüsusi vurğulayıb. S.Sadıqova şərqşünas alimin kitabları sırasında "Or¬ta əsrlərdə Azər¬baycan tərcümə sənəti” adlı mo¬noqra-fiyasını xüsusi qeyd edib: “Möhsün Nağısoylunu bir tədqiqatçı alim kimi səciyyələndirdikdə hər şeydən öncə xalqımızın mənəvi sərvəti olan əlyazmalar – qədim və orta əsrlərin bu əvəzsiz yazılı abidələri yada düşür. Alim mənalı ömrünün böyük bir hissəsini – düz qırx beş ilini yazılı abidələrə həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi ədəbi məktəb yaratmışdır”. S.Sadıqova Azərbaycan Milli Elmlər Akademi¬yasının müxbir üzvünə yeni-yeni yaradıcılıq uğurları, möh¬kəm cansağlığı arzu etmişdir.
Sonra Nəsimi adına Dilçilik İnstitutunun elmi işlərüzrə direktor müavini dosent Baba Məhərrəmli "Möhüsn Nağısoylunun dilçilik fəaliyyəti” mövzusunda çıxış edib. B.Məhərrəmli vurğulayıb ki, 70 il şərəfli alim ömrü yaşayan, həyatının 45 ili AMEA ilə bağlı olan, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağı¬soylu əsl elm fədaisi, dərin zəka sahibi, zəhmətkeş alimdir. Alimlə bir ildən bəri bir yerdə çalışdığını deyən B.Məhərrəmli pofessor Möhsün Nağısoylunun dilçilik fəaliyyətinin çoxsahəli və geniş spektrli olduğunu, onun elmi yaradıcılığının türko¬logiya, əlyazmalar, mətnşünaslıq, tərcüməçilik, dil tarixi, lüğətçilik kimi sahələri əhatə etdiyini xüsusi vurğulayıb. O, dyib: “Ən yüksək zirvələr fəth olunmaq üçündür. Möhsün Nağısoylu həya¬tının ən yüksək zirvəsini artıq fəth etmişdir. Səmimi insan, təvazökar alim, zəhmətkeş ziyalı olan Möhsün Nağısoylunun adı¬nın mənasında da "yaxşılıq edən” anlamı var. Allah belə insanları daima müka-fatlandırır. Möhsün müəllimi 70 yaş münasibətilə təbrik edirəm, arzu edirəm ki, bu yubileylər onun həyatında davamlı olsun, daima sağlam canla və sağlam ruhla elmimizə, millətimizə xidmət etsin”.
         Tədbirdə çıxış edənlər Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, akademikVasim Məmmədəliyev, xalq şairi Nəriman Həsənzadəvə və digərləri alimin həyat və yaradıcılığından, Azərbaycan dilçilik və mətnşünaslıq elminə verdiyi töhfələrdən, yüksək insani keyfiyyətlərindən bəhs ediblər. Tədbirdə "Elm üçün yaradan,vətən üçün yanan alim ömrü” adlı sənədli film nümayiş olunub.
          Sonda Möhsün Nağısoylu akademiya rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014